“Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər

20:50 - 14 / 08 / 2017
“Lukoil” və SOCAR Türkiyə şirkətlərinə birgə yatırım edə bilər

“Türkiyənin pərakəndə neft məhsulları bazarı “Lukoil” şirkəti üçün cəlbediciliyini qoruyur”.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin üzvü, baş təchizat və satış üzrə böyük vitse-prezident Vadim Vorobyov bildirib.

Onun sözlərinə görə, "Lukoil” bu məqsəd üçün artıq 1 mlrd. dollar ayırıb. V. Vorobyov qeyd edib ki, Türkiyənin yanacaq neft məhsulları bazarı şirkət üçün strateji əhəmiyyətə malikdir.

“Şirkətimiz Türkiyə bazarında iştirak payının artırılması üçün yollar axtarır. Biz SOCAR rəsmiləri ilə üçüncü şirkətlərin aktivlərinin alışını müzakirə etmişik. Hələlik bununla bağlı konkret qərar qəbul olunmayıb”, - deyə o bildirib.

V. Vorobyov əlavə olaraq bildirib ki, “Lukoil” Türkiyənin pərakəndə yanacaq bazarının 5-6 faizinə nəzarət edir. “2000-2010-cu illərdə Türkiyə bazarı Avropa bazarından daha əlverişli idi. Lakin sonradan yerli qanunvericiliyə olunan dəyişiklik vəziyyəti dəyişdi. Buna baxmayaraq, Türkiyə bazarı cəlbediciliyini qoruyur”, - deyə o qeyd edib. 

1news.az

Paylaş:
600

Son xəbərlər

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55
Bütün xəbərlər