Rumıniyada SOCAR brendi ilə işləyəcək yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rumıniyada SOCAR brendi ilə işləyəcək yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

09:18 - 19 / 07 / 2017
Rumıniyada SOCAR brendi ilə işləyəcək yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

SOCAR Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib.

1news.az-ın SOCAR-a istinadla verdiyi xəbərə görə, yeni məntəqə ölkənin qərbindəki Timiş rayonunda, Rumıniya ilə Macarıstanı birləşdirən magistral yolun üzərində yerləşir.

Bununla da, Rumıniyada SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatıb.

Məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 iri tutumlu nəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin edilməsinə imkan verir. Burada NANO 95 və NANO 98 (benzin), NANO Dizel və NANO Super Dizel tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Məntəqədə elektrik və qazla (LNG) işləyən nəqliyyat vasitələri üçün də lazımi avadanlıqlar quraşdırılmışdır. Xatırladaq ki, Rumıniyada elektromobillərin enerji ilə təminatı ilk dəfə məhz SOCAR məntəqələrində həyata keçirilib.

YDM ərazisində müştərilərin xidmətinə kafe, 24 saat pulsuz internet verilmişdir. Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 rayonunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Argeş, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.

S.Xankişiyeva

Paylaş:
705

Son xəbərlər

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03Hadı Rəcəbli dəfn olunub17 / 04 / 2024, 15:57Xalq Bank I rübün yekunlarını açıqladı17 / 04 / 2024, 15:54Azərbaycan Buxarestdə Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir17 / 04 / 2024, 15:33Hikmət Hacıyevdən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması ilə bağlı AÇIQLAMA17 / 04 / 2024, 15:01Ukrayna səfirinin Azərbaycanda diplomatik missiyası başa çatır17 / 04 / 2024, 14:52Rusiya sülhməramlıları Qarabağdan çıxarılır - Kreml TƏSDİQLƏDİ - VİDEO17 / 04 / 2024, 14:26BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib17 / 04 / 2024, 14:15BDU-nun Jurnalistika fakültəsində Azərbaycan Mətbuat Şurasının otağı açılıb - FOTO17 / 04 / 2024, 14:08ADY ilə Avropa İttifaqı arasında Orta Dəhlizin inkişafına dair görüş keçirildi - FOTO17 / 04 / 2024, 13:59
Bütün xəbərlər