“Günəşli” yatağında iki özül təmir olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağında iki özül təmir olunur

21:14 - 23 / 06 / 2017
“Günəşli” yatağında iki özül təmir olunur

SOCAR-ın “Neftqaztikinti” Tresti “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks təmir işləri aparır.

1news.az-ın məlumatına görə, özüllərin daha keyfiyyətli istismarını, eləcə də hasilatın stabilliyini təmin etmək məqsədi ilə görülən işlərin sifarişçisi “Azneft” İstehsalat Birliyidir. 3 saylı özüldə təmir işləri artıq başa çatmaq üzrədir.

İndiyədək özülüstü separator xətləri və texnoloji xətlər əsaslı təmir edilib, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmə dəyişdirilib. Su səthindən 3 və 9 metrdən yuxarı hissələrdə elementlər yeniləri ilə əvəz olunub. Bundan əlavə, özüldə bir ədəd yeni gəmi yanalma meydançasının quraşdırılması nəzərdə tutulub.

11 saylı özüldə isə əsaslı təmir üzrə işlərin isə 50 faizindən çoxu görülüb, özülün I və II yarusunda döşəməaltı tirlər və döşəmələr dəyişdirilib. Özülün su səthindən 3 və 9 metrdən yuxarı hissələrində elementlərin dəyişdirilməsi işləri davam etdirilir. Obyektdə “NBO” tipli qurğunun gediş yolunun təmiri həyata keçiriləcək. 

Tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün standartlara əməl olunur. 

1news.az

Paylaş:
1185

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər