SOCAR-Türkiyənin BANM-də təqdimatı olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-Türkiyənin BANM-də təqdimatı olub

11:42 - 13 / 04 / 2017
SOCAR-Türkiyənin BANM-də təqdimatı olub

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-Türkiyə şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə rektor Elmar Qasımov, SOCAR-Türkiyə şirkətininin İnsan resursları üzrə departamentin rəhbəri Dinar Məmmədova, İnsan  resursları üzrə şöbəsinin koordinatoru Sibel Uğur, Əməliyyatlar üzrə departamentinin rəhbəri Emil Eminov, Maliyyə və satınalmalar üzrə şöbənin  mütəxəssisi Funda Fidan, Star Rafineri şirkətinin Planlaşdırma və Optimizasiya üzrə şöbənin müdiri Eray Sarıbaş, Star Rafineri Təhsil üzrə şöbəsinin meneceri İlhan Çağlar, PETKİM şirkətinin İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə BANM-in 30 məzunu SOCAR-Türkiyə şirkətlərində mütəxəssis vəzifələrində çalışması və 5-7 tələbənin istehsalat təcrübə keçməsi məsələləri müzakirə olunub.

Elmar Qasımov Ali Məktəbin tələbələri üçün belə fürsətlərin və geniş imkanların hər il yaradılacağını bildirib. O deyib ki, Ali Məktəb dünyanın bir sıra neft-qaz şirkətləri ilə geniş əlaqələr qurub və bu səmərəli əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Rektor BANM tələbələrinin və məzunlarının SOCAR-ın müəssisələrində təcrübəyə cəlb olunduqlarını xatırladaraq, BANM-in SOCAR-Türkiyə və Petkim şirkəti ilə əməkdaşlığından da söz acıb. O

Emil Eminov şirkətin tarixindən, fəaliyyətindən, beynəlxalq layihələrdən və mühüm inkişaf mərhələlərdən bəhs edib.

Eray Sarıbaş STAR neft emalı zavodunun fəaliyyətindən danışaraq, bildirib ki, sözügedən zavodun inşası həm də dünyanın ekoloji cəhətdən ən sağlam, effektiv və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

1news.az

Paylaş:
704

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər