SOCAR İranın Milli Neft Şirkəti ilə müştərək beynəlxalq şirkət yaradacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İranın Milli Neft Şirkəti ilə müştərək beynəlxalq şirkət yaradacaq

19:38 - 18 / 02 / 2017
SOCAR İranın Milli Neft Şirkəti ilə müştərək beynəlxalq şirkət yaradacaq

“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) İranın Milli Neft Şirkətinə müştərək beynəlxalq şirkət yaratmağı təklif edib”.

1news.az xəbər verir ki, bunu APA-ya İranın neft nazirinin müavini və Milli Neft Şirkətinin baş direktoru Əli Kardor deyib.

Ə. Kardor müştərək beynəlxalq şirkətin təsis edilməsi üçün şərtləri açıqlayıb:

“Əsas odur ki, qarşıya məqsəd qoyulsun, işə başlamaq üçün neft yatağı müəyyənləşdirilsin. Hələlik bu məsələ üzərində danışıqlar gedir. Bu məsələlər razılaşdırılsa iki ölkə müştərək beynəlxalq şirkət təsis edəcək”.

Ə. Kardor SOCAR-ın İrana neft mübadiləsi (neft svopu) ilə bağlı təkliflər verdiyini və hazırda bu məsələnin araşdırıldığını bildirib:

“Əlbəttə iki ölkə arasında qədim zamanlardan neft mübadilə olunur. İstəyirik ki, bu mübadiləni daha da fəallaşdıraq”.

Ə. Kardor İranda neft hasilatının son durumu ilə bağlı deyib ki, İran  qarşıdan gələn ik ayadək gündəlik neft hasilatını 4 milyon barelə çatdıracaq.

1news.az

Paylaş:
687

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər