“Günəşli” yatağında yeni nasos stansiyaları tikiləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Günəşli” yatağında yeni nasos stansiyaları tikiləcək

22:26 - 08 / 02 / 2017
“Günəşli” yatağında yeni nasos stansiyaları tikiləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İB-nin sifarişi ilə “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Günəşli” yatağında istismar olunan quyularda lay təzyiqinin sabit saxlanılması məqsədi ilə 2 ədəd yeni nasos stansiyasının inşası nəzərdə tutulur.

SOCAR-dan 1news.az-a verilən məlumata görə, layihənin baş podratçısı “Neftqaztikinti” Trestidir. Yataqdakı 6 və 9 saylı dərin dəniz özüllərində yerləşdiriləcək nasos stansiyalarının su tələbatına uyğun yeni dalma nasosları, soyutma və drenaj, nəzarət ölçü cihazları və avtomatika, eləcə də yanğınsöndürmə sistemləri, qaldırıcı mexanizmlər quraşdırılacaq. Özüllərdəki mövcud operator otaqları yenilənəcək, boru xətlərinin üzərində keçid meydançaları inşa ediləcək. İnşaat işləri zamanı ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək. 

Qeyd edək ki, quraşdırılacaq nasos stansiyalarının gündəlik suvurma gücü 6 saylı özüldə 5 000 kubmetr, 9 saylı özüldə isə 9 500 kubmetr təşkil edəcək.

1news.az

Paylaş:
983

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər