Xətai rayonunun bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq
Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.
SOCAR-dan 1news.az-a verilən məlumata görə, yanvarın 12-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Bahar Enerji Əməliyyat Şirkəti əsas ölçü qovşağı”nda cari təmir işləri aparılacaq.
Aparılan işlərin Bakı şəhəri Xətai rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
1news.az
1099