Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

12:49 - 16 / 09 / 2016
Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

Sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilib. Mərasimdə əvvəlcə SOCAR istiqrazları barədə reklam filmi nümayiş etdirilib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, SOCAR hazırda işçi sayına və büdcəyə ödədiyi vergilərə görə avanqarda çevrilib:

“SOCAR tərəfindən Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətlərinin sırasında ilk layihə olaraq bu il sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılacaq. Satış üçün son tarix bu il oktyabrın 10-na təyin edilib.

Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. İstiqrazların buraxılışı tək mərhələdə və 100 milyon ABŞ dolları həcmində olacaq. İlk yerləşdirilmə zamanı SOCAR istiqrazlarını Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edəcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür”.

SOCAR ıstiqrazlarını "AzFinance Invest", "İnvestAZ", "PAŞA Kapital", "PSG-Kapital", 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank”, “Rabitəbank” və “Xalq Bankdan” əldə etmək mümkün olacaq. İstiqrazlar bütün növ vergilərdən azaddır.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, hazırda SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir.

"SOCAR istiqrazlarının ölkənin qiymətli kağızlar və maliyyə bazarlarının inkişafında müstəsna xidmətləri olacaq. Bu istiqrazlar dövlət-vətəndaş həmrəyliyinə öz əhəmiyyətli töhfəsini verəcək", - deyə N.Əmirov əlavə edib.

AZƏRTAC

 

Paylaş:
2347

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıbBu gün, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunubBu gün, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıbBu gün, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcəkBu gün, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıbBu gün, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 2Bu gün, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEOBu gün, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 16:48COP29-un rəsmi saytı istifadəyə verilibBu gün, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıbBu gün, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİBBu gün, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edibBu gün, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilibBu gün, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİBBu gün, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölübBu gün, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunurBu gün, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİBBu gün, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıbBu gün, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədiBu gün, 14:57
Bütün xəbərlər