Bank of Baku-dan təhsil kampaniyası: 10.000 AZN-dək nağd pul kreditinə 3% endirim | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan təhsil kampaniyası: 10.000 AZN-dək nağd pul kreditinə 3% endirim

16:00 - 17 / 08 / 2017
Bank of Baku-dan təhsil kampaniyası: 10.000 AZN-dək nağd pul kreditinə 3% endirim

“Sizə Yaxın Bankçılıq” şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin yanında olan Bank of Baku, bu dəfə ödənişli əsaslarla universitetə qəbul olan və ya təhsilini davam etdirən tələbələrə özəl yeni təhsil krediti kampaniyasına start verir.

“Təhsil gələcəyimizdir, dəstək öhdəliyimizdir” şüarı altında keçirilən kampaniya ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqqlarının qarşılanmasına dəstək məqsədi daşıyır.

Belə ki, 16-31 avqust 2017-ci il tarixlərini əhatə edən təhsil kampaniyası çərçivəsində, 10.000 manatadək nağd pul kreditinə 3% ENDİRİM və 0% KOMİSSİYA tətbiq edilir.

Kampaniya çərçivəsində kredit rəsmiləşdirilməsi üçün ölkə ərazisində yerləşən ali təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrin ailə üzvlərindən biri – valideyni, nənə və ya babası, bacı və ya qardaşı müraciət edə bilər.

Təhsil kampaniyası üçün müraciət edən müştərilər, həmçinin aşağıdakı güzəştli şərtlərdən faydalana biləcəklər:

- İllik faiz dərəcəsinə 3% ENDİRİM;

- Rəsmiləşdirmə komissiyası 0%;

- Əmək haqqı tələbi vergilər daxil min. 185 AZN;

- Ödəniş müddəti 3-36 ay;

- Maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı;

- Məbləğdən asılı olaraq ZAMİNSİZ KREDİTLƏŞMƏ;

- ÇEVİK rəsmiləşmə.

Təhsil Kampaniyasından faydalanmaq istəyən şəxslər, iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri və 1-ci xətt qohumunun tələbə olduğunu təsdiq edən sənədləri (Universitetdən təqdim olunan arayış, Abituriyent jurnalı və ya TQDK-nın rəsmi saytından çıxarışı) banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı, Bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
726

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər