Bank of Baku-dan bir ilk: Ölkəxarici Təcili Pul Köçürmələriniz indi İnternet Bankçılıqda | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku-dan bir ilk: Ölkəxarici Təcili Pul Köçürmələriniz indi İnternet Bankçılıqda

15:45 - 16 / 08 / 2017
Bank of Baku-dan bir ilk: Ölkəxarici Təcili Pul Köçürmələriniz indi İnternet Bankçılıqda

Azərbaycanın bank sektorunun innovatoru hesab edilən Bank of Baku təcili pul köçürmələri sahəsində bir ilkə imza atdı.

Belə ki, bank xidmət və məhsullarının inkişafına gətirdiyi yenilikləri ilə ilklərin bankı adını qazanan Bank of Baku, ölkədə ilk dəfə olaraq Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanı yaratdı.

Tətbiq edilən yenilik sayəsində Bank of Baku-nun internet bankçılıq xidmətindən istifadə edən fiziki şəxslər, ölkəxarici pul köçürmələrini vaxtlarına qənaət edərək tamamilə rahat və təhlükəsiz şəraitdə həyata keçirə biləcəklər.

İnternet Bankçılıqdan istifadə etməklə Contact Təcili Pul köçürmə sistemi vasitəsilə Bankın müştəriləri öz kart hesablarından vəsaitlərini filiala gəlmədən və olduqları məkandan asılı olmayaraq onlayn rejimdə aşağıdakı ölkələrə sürətli göndərmək imkanı əldə edəcəklər:

- Rusiya

- Belarusiya

- Gürcüstan

- Qazaxıstan

- Qırğızıstan

- Moldova

- Özbəkistan

- Tacikistan

Contact Təcili Pul köçürmə sistemi ilə onlayn rejimdə vəsaitin göndəriləcəyi ölkələrin siyahısının yaxın gələcəkdə artırılması nəzərdə tutulub.

Qeyd edək ki, İnternet Bankçılıq vasitəsilə köçürmə məbləğinin gündəlik limiti 300 USD və köçürmə komissiyası isə sadəcə 1% təşkil edir.

Xatırladaq ki, İnternet Bankçılıq xidməti müştərilərə olduqları məkanı tərk etmədən günün istənilən saatı birbaşa olaraq internet vasitəsilə öz hesablarına nəzarət etmə və bir çox bank əməliyyatlarının icrasına imkan verən elektron xidmətdir. Müştərilər İnternet Bankçılıq xidməti vasitəsilə cari, kredit, kredit kartlar, debet kartlar və deposit hesablarına nəzarət edə, kredit ödənişi həyata keçirə,  həyata keçirdikləri əməliyyatların SWIFT çıxarışın onlayn əldə edə, hesablarına aid rekvizitləri ala və bu kimi digər online əməliyyatlar icra edə bilərlər.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşulmaq olar.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Paylaş:
530

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər