Unibankda internet bankinq Asan oldu! | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibankda internet bankinq Asan oldu!

17:10 - 21 / 07 / 2017
Unibankda internet bankinq Asan oldu!

Unibankın müştərisi olan hüquqi şəxslər və fərdi sahibkarlar indi yenilənmiş internet bankinq xidmətinə ”Asan İmza” ilə də qoşula bilirlər.

Unibankın internet bankinq xidmətindən yararlanarkən “Asan İmza” mobil elektron imzanın istifadəsi bir çox üstünlüklərə malikdir. Bu üstülüklərdən biri də ödənişlərlərlə bağlı sənədin bank sisteminə avtomatik daxil olma imkanının təqdim edilməsidir.  

“Asan İmza” (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. “Asan İmza” (Mobil imza) bütün mövcud e-xidmətlərdən maksimum təhlükəsiz şərtlərdə istifadəni mümkün edir. Bu texnologiyanın açar üstünlüyü əlavə proqram təminatına və smart kartı oxuyan qurğuya ehtiyacın olmamasıdır.

”Asan İmza” texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan xüsusilə “Asan İmza”nın  ölkə qanunvericiliyə əsasən qanuni mobil elektron imza olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığı, yüksək etibarlılığı və təhlükəsizliyi təmin etməsini vurğulamaq olar.

“Asan İmza”nı əldə edən müştərilər eyni zamanda ölkədə fəaliyyət göstərən Elektron Hökumət və digər portallar vasitəsilə təqdim olunan 500-dən artıq elektron xidmətdən istifadə imkanı əldə etmiş olurlar. Buna görə də “Asan İmza” sahibləri evdən, iş yerindən ayrılmadan və ya dünyanın istənilən nöqtəsindən Unibank internet bankinq xidmətlərindən çox asan, sürətli və təhlükəsiz şəkildə istifadə edə biləcəklər.

Unibankın yenilənmiş internet bankinqində hansı təkmilləşmələr aparılıb?

- Ölkədaxili və bankdaxili əməliyyatlar daha çox imkanlı, hər bir müştərinin fərdi tələbatına uyğun olub. Yeni funksiyaların əlavə edilməsi, bir neçə imzanı daxil etməyin mümkünlüyü hüquqi şəxslərin və fərdi sahibkarların işini xeyli asanlaşdırıb;

- Büdcə ödənişləri (DSMF/Vergi/Gömrük və digər) bölümü yeni dizaynda təqdim edilib və istifadəsi daha asan olub;

- Təqdim olunan Azercell bölümü şirkətin korporativ nömrələrə görə ödəniş funksiyası təkmilləşdirilməklə yanaşı, asanlaşdırılıb;

- Maaş Köçürmələri bölümünə yeni imkanlar əlavə edilib;

- Avtorizasiya və identifikasiya zamanı geniş seçim imkanı yaradılıb;

- Ödənişlərin təsdiqlənmiş variantını istənilən vaxt çıxarmaq mümkün olub.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank internet bankinq- təhlükəsizlik və rahatlıq hər zaman 1-ci yerdə!

Unibank-hər kəsin bankı!

Paylaş:
816

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər