İcmal büdcənin gəlirləri 2,8 mlrd. manat artırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

İcmal büdcənin gəlirləri 2,8 mlrd. manat artırılır

22:48 - 22 / 06 / 2017
İcmal büdcənin gəlirləri 2,8 mlrd. manat artırılır

Yenidən baxılacaq 2017-ci ilin icmal büdcəsinin gəlir və xərclərində müvafiq dəyişikliklər ediləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində qeyd olunub ki, icmal büdcənin gəlirləri 22 mlrd. 840,9 mln. manat olmaqla təsdiq edilmiş göstəriciyə nisbətən 2 mlrd. 820,2 mln. manat və ya 14,1% artacaq. Artımın 2 mlrd. 307 mln. manatını və ya 81,8%-ni Dövlət Neft Fondunun gəlirləri (neftin bir barelinin dövlət büdcəsinin hesablanmalarında istifadə olunmuş qiymətlərin cari ilin ötən 4 ayı ərzində 35%-dən çox artması (40 dollardan 54,3 dollaradək) nəticəsində Fond tərəfindən əldə olunan 2,3 mlrd. manat əlavə gəlirləri, 511 mln. manatını və ya 18,1%-ni dövlət büdcəsinin gəlirləri, 2,1 mln. manatını və ya 0,1%-ni Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri təşkil edəcək.

İcmal büdcənin xərcləri təsdiq edilmiş göstəricilərə nisbətən 3,7% və ya 1 mlrd. 51 mln. manat artırılaraq 29 mlrd. 818,2 mln. manat səviyyəsində proqnozlaşdırılır.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 6 mlrd. 977,3 mln. manat olacaq ki, bu da təsdiq olunmuş göstəricilərə nisbətən 1 mlrd. 769,2 mln. manat və ya 20,2 faiz azdır.

İcmal büdcənin kəsirinin gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 10,5% olacaq ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2,7 faiz-bənd azdır.

Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 17 mlrd. 654,9 mln. manat olmaqla, gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 26,5% təşkil edəcək.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yenidən baxılacaq büdcəsinin gəlir və xərcləri bərabər olaraq 350,6 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci il üçün təsdiq olunmuş göstərici ilə müqayisədə 2,2 mln. manat və ya 0,6% çoxdur.

Xərclərin 20,5%-i və ya 71,7 mln. manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 79,5%-i və ya 278,9 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaq.

1news.az

Paylaş:
677

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər