Mərkəzi Bank uçot dərəcəsini aşağı salır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsini aşağı salır

10:26 - 22 / 06 / 2017
Mərkəzi Bank uçot dərəcəsini aşağı salır

Ötən gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin iclası keçirilib.

1news.az-a Azərbaycan Mərkəzi Bankından verilən xəbərə görə, iclasda 22 iyun tarixindən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edilib.

İdarə Heyətində qeyd edilib ki, qeyri-neft sektorunda iqtisadi artım bərpa olunub, ixracın artımı və idxalın azalması nəticəsində tədiyə balansı profisit mövqeyə keçib. Milli valyutanın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. Mərkəzi Bank monetar şəraitdə müəyyən kəmiyyət dəyişikliyi etsə də, mühafizəkar pul-kredit siyasətini davam etdirir və ilin ikinci yarısında iqtisadi və inflyasiya dinamikasından asılı olaraq uçot dərəcəsinin azaldılması potensialını qeyd edir.

Bu qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi şərtlər nəzərə alınıb:

İqtisadi aktivlik. 2017-ci ilin ötən dövründə qeyri-neft sektorunda iqtisadi artımın bərpası prosesi başlayıb, son 5 ayda sektorda 2.3%, ticari sektorda 3.2%, qeyri-neft sənayesində isə 3.9% artım baş verib. Qeyri-neft sektorunda iqtisadi artımın əsas amilləri son istehlak xərcləri, dövlət tələbi və xalis xarici tələbin yüksəlməsi olub.

Cari ildən iqtisadi artımın daha da yüksəlməsi əhəmiyyətli dərəcədə nəzərdə tutulan struktur islahatların sürətlənməsindən, xalis xarici tələbin genişlənməsi imkanlarından, investisiya aktivliyinin, o cümlədən maliyyə vasitəçilyinin bərpasından asılı olacaq.

Xarici balans və məzənnə. Cari ilin I rübündə tədiyə balansında müsbət dəyişikliklər baş vermiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəsir (-2.5 mlrd.dollar) profisitlə (0.7 mlrd.dollar) əvəz olunub. Son 5 ayda xarici ticarət balansının profisiti ötən dövrlə müqayisədə 2 dəfə yüksəlib. Bu dövrdə həm neft, həm də qeyri-neft ixracı artmış, qeyri-neft idxalı isə azalıb.

Üzən məzənnə rejiminə keçdikdən sonra son 4 ayda valyuta bazarında təklif tələbi əhəmiyyətli üstələyir, manatın məzənnəsinin sabitliyinin dayanıqlığı yüksəlməkdədir. İlin sonuna qədər manatın məzənnəsinin sabitliyini təmin edən qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində hər-hansı əhəmiyyətli dəyişikliklər proqnozlaşdırılmır.

Monetar şərait. Pul kütləsinin hədəflənməsi şəraitində Mərkəzi Bank ötən dövrdə çevik monetar siyasət həyata keçirib. Qəbul edilmiş pul proqramı çərçivəsində üzən məzənnə rejiminə keçidlə əlaqədar gözləntiləri nəzərə almaqla ilin əvvəlində Mərkəzi Bank pul bazasını məhdudlaşdırıb, manatın məzənnəsinin sabitləşməsindən sonra pul kütləsinin həcmini bərpa edib.

İqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli (1 günlük, 7 günlük, 14 günlük, 28 günlük) pul siyasəti alətlərini aktiv saxlayıb.

Bu dövrdə maliyyə bazarlarında pulun dəyəri başlıca olaraq Mərkəzi Bankın faiz dəhlizi çərçivəsində formalaşıb.

Bütövlükdə həyata keçirilən monetar siyasət iqtisadiyyatda likvidliyin idarə olunmasını və ödəniş sisteminin stabil fəaliyyətini təmin edib.

İnflyasiya prosesləri. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən orta illik inflyasiya 13.8% təşkil edir. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir.

Mərkəzi Bankın dövri olaraq biznes sektoru və ev təsərrüfatları arasında həyata keçirdiyi sorğular göstərir ki, manatın məzənnəsinin sabitləşdiyi və pul kütləsinin həcminin neytrallaşdığı şəraitdə inflyasiya gözləntiləri bir qədər azalsa da, əhəmiyyətli olaraq qalır.

Mərkəzi Bankın İdarə Heyəti hesab edir ki, sabit monetar şərait və məzənnə volatilliyinin olmadığı şəraitdə qısamüddətli inflyasiya riskləri məhdudlaşdırılmış və cari ilin ikinci yarısında həm əhalinin və həm də biznesin inflyasiya gözləntiləri azalmalıdır.

Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.

Mərkəzi Bankın inflyasiyanın hədəflənməsi rejiminə nəzərdə tutulan keçidi, maliyyə sabitliyinin dərinləşdirilməsi istiqamətində gözlənilən nəticələr, yeni fiskal qaydaların qəbulu və tətbiqi, bütövlükdə makroiqtisadi siyasətin koordinasiyası çərçivəsinin institutlaşması ortamüddətli inflyasiya risklərini daha da effektiv idarəetməyə imkan verəcək.

Mərkəzi Bankın İdarə Heyətinin uçot dərəcəsinin səviyyəsi haqqında növbəti iclası 1 avqust 2017-ci il tarixinə təyin edilib.

S.Xankişiyeva

Paylaş:
622

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər