Yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər açıqlanıb

19:15 - 22 / 06 / 2017
Yenidən baxılan 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər açıqlanıb

Yenidən baxılacaq 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətlər məlum olub.

1news.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində qeyd olunub ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.

Qanun layihəsində 2017-ci  ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 645 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozundan 135 mln. manat və ya 1,8% çoxdur. Proqnozlaşdırılan əlavə daxilolmalar qeyri-neft sektorunun payına düşür.

Sənəddə bildirilir ki, qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat və ya 2,4% çoxdur.

Vergi orqanlarının xətti ilə tədiyyə növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:

Əlavə dəyər vergisi üzrə proqnoz 2 mlrd. 583 mln. manat nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 85 mln. manat və ya 3,4% çoxdur. Bu tədiyyə növü üzrə proqnozun artımına səbəb beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından 2017-ci ildə əlavə istifadə ediləcək vəsaitlər hesabına dövlət büdcəsinə daxilolmalardır;

Sair daxilolmalar üzrə 140 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 50 mln. manat və ya 55,6% çoxdur.

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən 2017-ci ilin yanvar ayının 1-dən vergi qanunvericiliyinin pozulmasına görə, inzibatçılığın artırılması istiqamətində müəyyən dəyişikliklər edilib. Belə ki, nağd əməliyyatların məhdudlaşdırılması, elektron qaimənin tətbiqi, maliyyə institutları tərəfindən məlumatların verilməməsi, malların alışını və mədaxilini təsdiq edən sənədlərin olmamasına görə maliyyə sanksiyaları müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklərin tətbiqi maliyyə sanksiyalarından daxilolmaların artımını zəruri edib. Bu məqsədlə, vergi orqanları tərəfindən cərimə və sanksiyalar üzrə proqnozun 50 mln. manat artırılması nəzərdə tutulur.

Sənədə əsasən, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların proqnozu 2 mlrd. 250 mln. manat təşkil edir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 50 mln. manat və ya 2,3% çoxdur.

Gömrük orqanlarının xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:

Əlavə dəyər vergisi üzrə 1 mlrd. 674 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 35 mln. manat və ya 2,1% çoxdur;

Gömrük rüsumları üzrə 469 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 15 mln. manat və ya 3,3% çoxdur. Bu daxilolmaların artımına səbəb beynəlxalq maliyyə-kredit qurumları ilə birgə keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payı üzrə 2017-ci ildə əlavə tələb olunan vəsaitlər hesabına idxal olunacaq mallar üzrə əlavə dəyər vergisinin və gömrük rüsumlarının ödənilməsidir.

Layihədə o da qeyd olunub ki, büdcədənkənar gəlirlər üzrə 429 mln. manat vəsaitin daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 76 mln. manat və ya 21,5% çoxdur. Bu daxilolmaların artımına səbəb Vergi Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə proqnozun artması, Dövlət Gömrük Komitəsi tərəfindən toplanılan xidmət haqlarının tariflərinin artması, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq olunan inzibati cərimələrin məbləğlərinin artması ilə bağlı olub.

1news.az

Paylaş:
951

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər