Bankların maliyyə vasitəçiliyi imkanlarının artırılmasına dair təkliflər müzakirə edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bankların maliyyə vasitəçiliyi imkanlarının artırılmasına dair təkliflər müzakirə edilib

22:52 - 20 / 06 / 2017
Bankların maliyyə vasitəçiliyi imkanlarının artırılmasına dair təkliflər müzakirə edilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iyunun 20-də keçirilən iclasında bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması, o cümlədən bu istiqamətdə qanunvericilik və normativ bazanın təkmilləşdirilməsi, bankların fəaliyyətinin daha səmərəli təşkili ilə əlaqədar təkliflər müzakirə edilib.

Banklar assosiasiyasından 1news.az-a verilən məlumata görə, ABA tərəfindən irəli sürülmüş təkliflər əsasən bank sisteminin sağlamlaşdırılmasına dövlət dəstəyi, hüquqi bazanın təkmilləşdirilməsi, maliyyə bazarlarının fəaliyyətinin inkişafı, real sektorun kreditləşdirilməsinin bərpası, hesablaşmaların və infrastrukturun təkmilləşdirilməsinə dair məsələləri əhatə edib.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olmuşdur. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda “Azericard” MMC ABA-nın üzvüdür.

1news.az

Paylaş:
506

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər