Unibank öz nizamnamə kapitalını 70% artırdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank öz nizamnamə kapitalını 70% artırdı

15:50 - 19 / 06 / 2017
Unibank öz nizamnamə kapitalını 70% artırdı

Unibank KB ASC-nin səhmdarları və menecmenti bankın kapitallaşmasının birinci mərhələsinin bitdiyi haqda açıqlama yayıblar.

Bu gün Bakı Fond Birjasında ümumi dəyəri 49 milyon manatdan artıq olan 18, 059 min ədəd səhmin  yerləşdirilməsi həyata keçirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən alınıb. Hazırda bu prosesin yekun mərhələsi olan dövlət orqanları və Bakı Fond Birjası tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır. Bunun  nəticəsində Unibank-ın nizamnamə kapitalı  119 milyon manata çatdırılıb. Bu isə bankın nizamnamə kapitalının 70%-dək artması deməkdir

Səhmlərin yerləşdirilməsinin nəticəsində səhmdarların strukturunda dəyişikliklər baş verib. Beynəlxalq maliyyə institutları olan DEG və AYİB-in payı 49,5 %, yerli fiziki şəxs olan səhmdarların payı isə 50,5% təşkil edib. Ayrılıqda isə  “DEG”  Almaniya İnvestisiya Şirkətinin payı 27,6%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı isə 21,9%-ə çatıb.

Bankın yenidən kapitallaşdırılması proqramı səhmdarların 18 aprel 2017-ci il tarixli ümumi  yığıncağında qəbul edilib. Bu qərar mövcud makroiqtisadi şokdan sonra yaranmış itkilərin kompensasiyası və bankın, post-neft dövründə kapital bazasının daha da möhkəmləndirilməsi və inkişafına xidmət edəcək.

Bankın növbəti səhm buraxılışınının uğurlu yerləşdirilməsi xarici və yerli investorların Unibanka olan mövcud inamının göstəricisidir.

Bankın fəaliyyət göstərdiyi 25 il ərzində göstərilən dəyişməz dəstək və inama görə bütün səhmdarlarına və müştərilərinə dərin minnətdarlığını çatdıran bank menecmenti, qəbul edilmiş 2017-2020-ci il üçün strateji inkişaf planında qeyd edilən bütün hədəflərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirir.  

Unibank, ölkənin aparıcı maliyyə təsisatlarından biridir. Hazırda bank  940 mindən artıq fərdi  və 10 mindən çox korporativ müştərilərə xidmət göstərir.

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 950 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “DEG” Almaniya İnvestisiya Şirkəti Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Paylaş:
686

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər