Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı

14:55 - 25 / 05 / 2017
Kapital Bank-ın dəstəyi ilə “Made in Azerbaijan – 2” layihəsi yekunlaşdı

Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün “Made in Azerbaijan – 2” müsabiqəsini keçirib.

Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim ediblər.

Dünən layihə yekunlaşıb və qaliblərin mükafatlandırma mərasimi keçirilib. Tədbirin sonunda 6 finalçı biznes ideyalarını təqdim edib və münsiflər heyəti 3 qalibi seçib. Qaliblərə Kapital Bank adından pul mükafatı, korporativ hədiyyələr, həmçinin sertifikatlar təqdim edilib. Birinci yerin qalibi 2000 AZN, ikinci yer 1500 AZN, üçüncü yer 1000 AZN ilə mükafatlandırılıb. Digər finalçılara isə korporativ hədiyyələr verilib.

“Ötən il Kapital Bank-la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində “Made in Azerbaijan” layihəsi keçirilib, həmçinin “İnnovativ Bankçılıq” laboratoriyası tələbələrin ixtiyarına verilib. Builki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar təqdim edilib və ən yaxşıları seçilib. Kapital Bank gələcəkdə də İqtisad Universiteti ilə müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır” – deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
528

Son xəbərlər

Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:30
Bütün xəbərlər