Unibank kartları olan müştərilər UBER-dən hədiyyə qazanacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibank kartları olan müştərilər UBER-dən hədiyyə qazanacaq

15:28 - 24 / 04 / 2017
Unibank kartları olan müştərilər UBER-dən hədiyyə qazanacaq

İndi Unibank-ın MasterCardı kartları ilə UBER-də pulsuz getmək mümkündür.

İyulun 17-dək AppStore/PlayStore-dan UBER aplikasiyasını yükləyib Unibank-ın Mastercard ödəniş sistemində olan kartla qeydiyyatdan keçərək 10 AZN-ə qədər ilk 2 gedişi pulsuz qazanmaq olar.

MasterCard olmayanlar istənilən Unibank filialından cəmi 3 AZN-nə ALBALI PLUS debet kartını əldə edərək, bu hədiyyədən faydalana bilər. Eləcə də Unibank-ın digər MaterCard kartları pulsuz gediş qazanmaq imkanı verir.

Qeydiyyat zamanı MasterCard ödəmə kartı kimi əlavə olunmalı, “MastercardBaku” promo kodu daxil edilərək ödəniş həyata keçirilməlidir. Kampaniya yalnız yeni UBER istifadəçilərə şamil olunur.

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “UBER” beynəlxalq texnologiya şirkəti, “Mastercard” beynəlxalq ödəniş texnologiyaları təchizatçısı və “Unibank” KB ötən ilin oktyabrından birgə layihəyə başlayıblar. Layihə çərçivəsində UBER-in tərəfdaş sürücülərinə qazandıqları vəsaiti rahat istifadə edə bilmək üçün unikal təklif təqdim edilir. Bunun üçün hər bir UBER sürücüsü Unibank-ın Bakı (Abşeron) filialına yaxınlaşıb VÖEN hesabı açır. Sürücüyə MasterCard debet kartı ALBALI PLUS təqdim olunur. UBER tərəfindən VÖEN hesabına köçürülən vəsait avtomatik olaraq həmin karta yatırılır və sürücü kartda olan vəsaitdən rahat şəkildə istifadə edə bilir. Layihənin əsas məqsədi də məhz UBER-in partnyor sürücülərinin qazandıqları vəsaitlərdən rahat istifadə etməsidir.

Bundan başqa, UBER sürücüləri Unibank-ın “SMS Banking”, “Unibank Biznes Mobile” və “Internet Banking” kimi xidmətlərindən tam pulsuz olaraq yararlana bilirlər. Eyni zamanda, sürücülər kartdan nağdlaşdırmaya görə heç bir komissiya haqqı ödəmir. Kart ilə nağdsız ödəniş etdikdə sürücüyə xərclənən məbləğin 20%-dək hissəsi “cash back” kimi geri qaytarılır, kartdakı qalıq məbləğə görə isə illik 6%-dək gəlir hesablanır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://unibank.az) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (https://twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

Unibank - hər kəsin bankı!

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır. Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülmüşdür.

Paylaş:
915

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər