Nağdsız ödənişlər üzrə lider bank yenə Bank of Baku seçilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nağdsız ödənişlər üzrə lider bank yenə Bank of Baku seçilib

15:15 - 17 / 03 / 2017
Nağdsız ödənişlər üzrə lider bank yenə Bank of Baku seçilib

Bank of Baku, artıq 4-cü ildir ki, ardıcıl olaraq, Mərkəzi Bank tərəfindən keçirilən müsabiqədə “Nağdsız Ödənişlər üzrə Lider Bank” nominasiyasının qalibi olaraq seçilir.

2013-cü ildən etibarən, Azərbaycan Respublikası Mərkəzi Bankı ölkədə nağdsız ödənişlərin, müasir texnologiyadan istifadənin genişləndirilməsinin təşviqi məqsədilə müxtəlif layihələr və müsabiqələr təşkil edir.

Azərbaycan Banklar Assosiasiyasının təşkilati dəstəyilə keçirilən sayca 4-cü müsabiqədə Bank of Baku öncəki illərdə olduğu kimi, bu il də nağdsız ödənişlər üzrə ölkənin lider bankı adını qoruyub saxlaya bilib. Bununla yanaşı, “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə də 2-ci yerə layiq görülən Bank, qaliblər sırasında yer alıb.

Bankın “Rəqəmsal Bankçılıq və Layihələrin İdarəedilməsi departamenti”nin direktoru Anar Abbasov:

“Elektron bankçılığın inkişafı sahəsində fəaliyyətimizi genişləndirərək, müştərilərimizin filiala gəlmədən xidmətlərimizdən 24/7 rejimində istədikləri an faydalana bilməsi üçün çalışırıq. Bu istiqamətdə fəaliyyətimizin əsas məqsədi müştərilərimizin bankomatlar, ödəniş terminalları, e-kommersiya xidmətləri, internet bankçılıq, mobil bankçılıq, sms bankçılıq və digər elektron bankçılıq xidmətlərindən istifadə edərək əməliyyatlarını daha rahat şəkildə icra etmələrinə dəstək olmaqdır, - deyə, qeyd edib. 

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku 

Paylaş:
576

Son xəbərlər

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45
Bütün xəbərlər