Kapital Bank “Yaşıl ölkəm” aksiyasını davam etdirir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank “Yaşıl ölkəm” aksiyasını davam etdirir

11:30 - 15 / 03 / 2017
Kapital Bank “Yaşıl ölkəm” aksiyasını davam etdirir

Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində Azərbaycanın bir sıra bölgələrində “Bu gün əkdiyimiz ağac, sabah aldığımız bir nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyalarını davam etdirir.

Bu dəfə Kapital Bankın dəstəyi ilə Göyçay, Ağcabədi və Beyləqan rayonlarında ağacəkmə aksiyaları keçirilib. Kapital Bank əməkdaşlarının iştirakı ilə aparılan yaşıllaşdırma işləri müxtəlif parkları və yolkənarı boyu yerləşən böyük əraziləri əhatə edib. Həmin sahələrdə bölgələrin iqliminə və hava şəraitinə uyğun olaraq müxtəlif növ ağaclar əkilib.

“Kapital Bank 2015-ci ildən etibarən ölkənin müxtəlif bölgələrində “Yaşıl ölkəm” adlı aksiyanı həyata keçirib. Yaşıllaşdırma kampaniyasının məqsədi ölkəmizdə təbiətin və ekoloji mühitin mühafizəsinə töhfə vermək və insanlar arasında təbiətə qayğı hissini gücləndirməkdir. Kapital Bank tərəfindən yaşıllaşdırma tədbirlərinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub”, - deyə, Kapital Bank-ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva bildirib.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Paylaş:
588

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər