Bank of Baku görmə məhdudiyyəti olan uşaqlar üçün Braille teach cihazını təqdim etdi – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bank of Baku görmə məhdudiyyəti olan uşaqlar üçün Braille teach cihazını təqdim etdi – FOTO

15:00 - 24 / 02 / 2017
Bank of Baku görmə məhdudiyyəti olan uşaqlar üçün Braille teach cihazını təqdim etdi – FOTO

Görmə məhdudiyyəti olan uşaqların Brayl əlifbasını öyrənmələrinə kömək edəcək “Braille teach” adlı interaktiv qurğunun hazırlanmasında maliyyə dəstəyi göstərən Bank of Baku cihazın rəsmi təqdimetmə mərasimini keçirib.

24 fevral 2017-ci il tarixində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi”ndə keçirilən tədbirdə cihazın hazırlanmış ilk nüsxələri məktəb rəhbərliyinə təqdim olunub.

Təqdimetmə mərasimində açılış nitqi ilə iştirak edən internat məktəbinin direktoru İradə Vəzirova cihazın ilkin olaraq bir ay müddətində sınaqdan keçirildiyini və pedaqoji heyət tərəfindən əsasən məktəbəqədər və ibtidai siniflərdə təhsil alan gözdən əlil uşaqların şifahi nitqi və əqli inkişafı üçün əlverişli olduğunu bildirib. 

Bankın Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Nigar Tahirovanın sözlərinə görə, Bank of Baku-nun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində istehsal olunan bu cihaz uşaqların Brayl əlifbasını daha asan və rahat şəkildə öyrənmələrinə, həmçinin dərslərin interaktiv təhsil metodu ilə keçirilməsinə müsbət fayda verəcək. 

Azərbaycanda ilk dəfə tətbiqinə başlanılacaq bu cihaz “Bionix Tech” şirkətinin təsisçisi və icraçı direktoru Rəşid Əliyev tərəfindən ixtira olunub. Tədbirdə iştirak edən Rəşid Əliyev cihaz və onun istifadəsi haqqında ətraflı məlumat verib, Brayl əlifbasının öyrənilməsində uşaqlar üçün təqdim etdiyi üstünlüklərdən danışıb.

Qeyd edək ki, cihaz 4 dildə - Azərbaycan, rus, ingilis və alman dillərində istehsal olunaraq həm hərflərin, həm də rəqəmlərin öyrənilməsi üçün müxtəlif oyunlardan ibarətdir.

Paylaş:
629

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər