InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz | 1news.az | Xəbərlər
İqtisadiyyat

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

13:00 - 13 / 02 / 2017
InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Dünya birjalarında Amerikanın prezidenti Donald Trampın vergi siyasəti ilə bağlı sonuncu açıqlamaları və Avrozonada Yunanıstana yeni maliyyə yardımı fonunda siyasi danışıqlar EUR/USD məzənnəsinin keçən həftə ərzində 1.0607$-a kimi  ucuzlaşmasına təsir edib. Bu həftə isə valyuta birjalarında ticarət aktivliyinin artmasına təsir edə biləcək Avrozonanın 2016-ci il üzrə iqtisadi inkişaf və Amerikanın yanvar ayı üzrə inflyasiya göstəriciləri investorların gündəmində olacaqdır. İnvestAZ analitiklərinin təhlillərinə əsasən isə məzənnənin yenidən 1.0718 və 1.0744$-a kimi bahalaşa biləcəyi proqnozları öz aktuallığını qorumaqdadır. Hətta 1.0776$-ın da şahidi ola bilərik.

GBP

Enerji bazarlarında neft qiymətlərinin bahalaşmasının Funt/Dollar cütlüyünün dəyər qazanmasına təsir edə biləcəyi gözlənilir. Artıq keçən həftə ərzində 1.2581$-a kimi 2% bahalaşan GBP/USD məzənnəsi bu səviyyənin üzərində möhkəmləndikcə, 1.2673$-a kimi də bahalaşa bilər.

TRY

Dollar/Lirə cütlüyünün qiyməti 3.66TL-ə ticarət edilməkdədir. Cütlük üzrə qiymətin texniki mənzərəsinin təhlilləri onu göstərir ki, qiymət keçən həftənin minimum səviyyəsi sayılan 3.66TL-nin üzərində ticarət edildikcə, yenidən 3.76TL-ə kimi bahalaşa bilər.

OIL

Enerji bazarlarında Avropanın Brent markalı neftinin bir barel qiyməti isə gözlənildiyi kimi 57$-a ticarət edilməkdədir. Dünya bazarlarında neft istehsalının azalması xəbərləri və dolların ucuzlaşması neftin dəyər qazanmasına dəstək olur. Beləliklə, qiymət keçən həftənin maksimum səviyyəsi sayılan 57$-ın üzərində ticarət edildikcə, 58$-a kimi də dəyər qazana bilər.

GOLD

Əlvan metallar bazarında isə qızılın bir unsiya üzrə qiyməti cari ilin maksimum səviyyəsini 1245$-la (39.9 $/qram) yenilədikdən sonra 1222$-a (39.2 $/qram) kimi ucuzlaşmağa başlayıb. Qiymətin gələcək günlərdə sözügedən 2 qiymət aralığında ticarət ediləcəyi proqnozlaşdırılır.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Reklam hüququnda

Paylaş:
463

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edib08 / 05 / 2024, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA08 / 05 / 2024, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 108 / 05 / 2024, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşüb08 / 05 / 2024, 15:48
Bütün xəbərlər