Unibankdan sahibkarlara növbəti dəstək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Unibankdan sahibkarlara növbəti dəstək

11:45 - 10 / 02 / 2017
Unibankdan sahibkarlara növbəti dəstək

Unibank müəssisələr üçün  sərfəli əmək haqqı layihələrinin tətbiqinə başlayıb.  İndi Unibanka müraciət edən sahibkarlar əmək haqqı layihələrində xeyli güzəştlər və üstünlüklər əldə edə biləcəklər.

Unibank-ın Korporativ bank xidmətləri departamentinin rəhbəri Məcid Məmmədov bildirib ki, bu ilin əvvəlindən “Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi ilə əlaqədar nağdsız əmək haqqı sisteminə keçən müəssisələrin sayı kəskin artıb:

“Biz Unibank olaraq qərara aldıq ki,  bu istiqamətdə iş adamlarına daha yaxından dəstək olaq. Hazırda bank tərəfindən korporativ müştərilərə əmək haqqı fondu və əməkdaşlarının sayına görə cəlbedici əmək haqqı layihələri təklif edilir. Bu əmək haqqı layihələrində xüsusi güzəştlər nəzərdə tutulur.  Unibank-ın  universal bank olması şirkətlərlə yanaşı, onların əməkdaşlarına da yüksək səviyyəli xidmət göstərməyə imkan yaradan bir üstünlükdür. Minimum sənədləşmə, geniş filial və bankomat şəbəkəmiz, əmək haqqlarını ofisi tərk etmədən, təhlükəsiz internet bank xidmətimiz vasitəsilə ödəmə imkanı, bu istiqamətdə Unibank-la əməkdaşlığın maksimum rahat olmasını təmin edir”.

Unibank-ın əmək haqqı layihələrinin üstünlükləri bununla bitmir. Müəssisələrə profilinə uyğun individual əmək haqqı layihəsi təklif edən bank,  layihə çərçivəsində hər bir əməkdaşa 3D secure təhlükəsizlik xidməti ilə təmin olunmuş kart verir. Əmək haqqının ALBALI PLUS debetlə təqdim olunması isə sahibinə bu kartın üstünlüklərindən (depozit funksiyası, 20%-dək cashback imkanı, partnyor mağazalarda endirimlər  və s.)  istifadə imkanı yaradır. 

Öz əmək haqqı kartlarını MDB-nin ən mükəmməl mobil əlavələrindən olan Unibank Mobile xidmətinə qoşmaq imkanı əldə edən müəssisə əməkdaşları günün istənilən vaxtında kart hesabına nəzarət edə,  ödənişləri həyata keçirə bilərlər. Əmək haqqını Unibank kartları ilə alan şirkət əməkdaşlarının bankda avtomatik tarixçəsi yaranır ki, bu da gələcəkdə həmin şəxsə minimum sənədləşmə və güzəştli faiz dərəcəsi ilə kredit rəsmiləşdirmək imkanı qazandırır.

Müəssisə sahibləri Unibankın əmək haqqı layihələrinə qoşulmaqla, çoxsaylı güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və resurs cəlbindən azad olurlar. Əmək haqqı layihəsinə Unibankın bütün filiallarında qoşulmaq mümkündür.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın (1994) 2002-ci ildə birləşməsi nəticəsində fəaliyyətə başlayan  Unibank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, bank ölkə bank sektorunun liderləri siyahısına daxildir.

Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan 800 minə yaxın korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15% pay) və “DEG” Almaniya İnvestisiya Şirkəti (8,33% pay) Unibank-ın səhmdarları sırasındadır.

Unibank tərəfindən iki törəmə müəssisə – “Unileasing” lizinq şirkəti və Unicapital İnvestisiya Şirkəti təsis edilib. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 24 illik fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Paylaş:
680

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər