Mərkəzi Bankın İdarə Heyətinin geniş iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın İdarə Heyətinin geniş iclası keçirilib

18:12 - 23 / 01 / 2017
Mərkəzi Bankın İdarə Heyətinin geniş iclası keçirilib

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2016-cı ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

1news.az bu barədə AMB-yə istinadən xəbər verir.

Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov bildirib ki, hesabat dövründə qlobal və regional səviyyədə gedən iqtisadi proseslərin dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına təsirləri davam edib. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının gücləndirilməsi çağırışları daha da aktuallaşıb, iqtisadi siyasətdə adekvat dəyişikliklər həyata keçirilib.

Qeyd olunub ki, məzənnə rejiminin liberallaşdırılması mövcud iqtisadi şəraitdə obyektiv reallığa çevrilib və bu, tədiyə balansının, valyuta ehtiyatlarının strateji dayanıqlığının artırılmasında, habelə ölkə iqtisadiyyatının qlobal iqtisadiyyatdan gələn mənfi təsirlərdən effektiv qorunmasında, həmçinin pul siyasətinin çevikliyinin və makroiqtisadi səmərəsinin gücləndirilməsində mühüm addımlardan biridir.

Məzənnə rejiminin çevikliyinin artırılması üçün E.Rüstəmov 2016-cı ildə görülən hazırlıq işlərinə də toxunub. Qeyd edilib ki, Prezident İlham Əliyevin 15 iyul 2016-cı il tarixində “Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” imzaladığı fərman və bu fərmandan irəli gələrək “2017-ci ildə və ortamüddətli dövrdə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə Tədbirlər Planı”nın hazırlanaraq təsdiq olunması və icrasına başlanması mühüm əhəmiyyət kəsb edir.

Müzakirələrdə qeyd edilib ki, AMB-nin fəaliyyətinin bütün istiqamətlərinin müasirləşdirilməsi üzrə intensiv iş aparılıb, pul proqramı üzrə əməliyyat hədəflərinin reallaşması təmin edilmiş, valyuta bazarında manatın məzənnəsinin kəskin volatilliyinə yol verilməyib, Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, institusional inkişaf prosesi sürətlənib, insan resurslarının inkişafına diqqət artırılıb, funksional və biznes proseslərinin səmərəli yerinə yetirilməsi üçün layihələr həyata keçirilib.

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, Prezidentin irəli sürdüyü inkişaf strategiyasına uyğun olaraq milli iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli sənaye və kənd təsərrüfatı klasterlərinin inkişaf etdirilməsi, beləliklə orta müddətli dövrdə özəl investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə keçidin sürətlənməsi, bu əsasda daha dayanıqlı iqtisadi artımın təmin edilməsi iqtisadi siyasətin qarşısında duran başlıca strateji çağırışdır. O, 2017-ci ildə qarşıda duran vəzifələr, o cümlədən makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasında AMB-nin Maliyyə Sabitliyi Şurasının fəaliyyəti çərçivəsində görəcəyi işlər, pul siyasətinin əsas istiqamətləri, habelə ödəniş sistemlərinin inkişafı sahəsində nağdsız iqtisadiyyatın genişləndirilməsi vəzifələri, nağd pulun idarə edilməsi sahəsində ilk növbədə iqtisadiyyatın nağd pula olan tələbi vaxtında və müvafiq strukturda ödənilməsinin vacibliyi, eləcə də Mərkəzi Bankın daxili institusional inkişafı sahəsində görüləcək tədbirlər barədə məlumat verib.

Yekun nitqinin sonunda E.Rüstəmov yeni çağırışlardan, xüsusilə də Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsindən, Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatından, eləcə də Maliyyə Sabitliyi Şurasının qəbul etdiyi Tədbirlər Planından irəli gələn aidiyyəti vəzifələrin uğurla icrasında Mərkəzi Bankda insan kapitalının, tədqiqat və analitik bazasının, idarəetmə proseslərinin daha da müasirləşməsi və inkişafının vacib rol oynayacağını bildirib.

1news.az

Paylaş:
517

Son xəbərlər

Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20
Bütün xəbərlər