PAŞA Bank “Euromoney” beynəlxalq forumunda iştirak edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Bank “Euromoney” beynəlxalq forumunda iştirak edib

15:30 - 18 / 01 / 2017
PAŞA Bank “Euromoney” beynəlxalq forumunda iştirak edib

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank Vyana şəhərində Mərkəzi və Şərqi Avropanın beynəlxalq investisiya-bank forumunda iştirak edib. Tədbirin təşkilatçısı işgüzar “Euromoney” nəşri olub.

Bu il Forumun işində 1000 nəfərdən artıq bankir, investor, maliyyə sahəsində dövlət tənzimləmə qurumlarının rəhbərləri və ekspertləri iştirak edib. Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq maliyyə institutlarının nümayəndələri, “Raiffeisen Bank”, “UniCredit”, “J.P. Morgan”, “Citi”nin top-menecerləri ilə yanaşı, tədbirin spikeri qismində PAŞA Bankın İdarə Heyətinin sədri  Taleh Kazımov da iştirak edib.

Müxtəlif mövzulu diskussiya panelləri zamanı Forumun iştirakçıları iqtisadiyyatın həm regional, həm də dünya miqyasında inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, ölkələr qarşısında duran müasir trendlər və çağırışlar mövzusunda fikirlər söyləyiblər. Ekspertlər inkişaf edən bazarlarda fəaliyyət göstərən şirkətlərdə fəaliyyətin şəffaflığı və korporativ idarəetmənin inkişaf səviyyəsi mövzusunda müzakirələr aparıb, özəl sektora xarici investisiyaların cəlb olunması metodikasını və digər aktual mövzuları müzakirə ediblər.

“Mərkəzi və Şərqi Avropanın bank sektoru” diskussiya paneli çərçivəsindəki çıxışı zamanı PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsi, milli valyutaların devalvasiyası, qlobal iqtisadiyyatın inkişaf sürətinin azalması ilə bağlı dünyada baş verən son hadisələr ilk növbədə bank sektorunda əks olunur.

“Hal-hazırda Azərbaycanda iqtisadiyyatın əsas sektorlarının inkişafı üzrə 12 strateji yol xəritəsi təsdiqlənib. Bu xəritələr digər sahələrdən əlavə, həm də maliyyə sektorunun, turizm sənayesinin, İKT-nin, kənd təsərrüfatının, nəqliyyat və logistikanın inkişafına toxunur. Əminəm ki,  bank sektoru qarşıya qoyulan planların həyata keçirilməsinə öz böyük töhfəsini verəcək, bu da ölkəyə iqtisadiyyatının beynəlxalq arenada rəqabət qabiliyyətinin gücləndirilməsində, investisiya cəlbediciliyinin artırılmasında və davamlı inkişaf yoluna əminliklə qədəm qoymasında köməklik göstərəcək”, - deyə PAŞA Bankın rəhbəri çıxışını yekunlaşdırıb:

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropanın Beynəlxalq forumu “Euromoney” jurnalı tərəfindən ardıcıl olaraq 22-ci ildir ki, keçirilir və Avropanın ən iri işgüzar tədbirlərindən biridir. İkigünlük forum öz işini bu gün – yanvarın 18-də başa vurur.

Paylaş:
524

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər