ADIF: 9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF: 9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib

17:02 - 31 / 08 / 2016
ADIF:  9 bankın qorunan əmanətçilərinə 226 milyon manatdan artıq kompensasiya ödənilib

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 milyon 181 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 37 milyon 112 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 11 milyon 948 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə isə 2 milyon 659 min manatdan artıq kompensasiya ödənilib.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan verilən xəbərə görə, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 72 milyon 902 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 8 milyon 581 min manatdan artıq kompensasiya ödənilib ki, bunun 7 milyon 350 min manatı "Atrabank"ın, 1 milyon 231 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşüb.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 895 min 554 manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 604 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 144 milyon 560 min manatdan çoxdur.

Ümumilikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 9 bank üzrə 226 milyon 43 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

Mövzu ilə əlaqədar oxuyun:

ADIF lisenziyası ləğv edilən 4 banka borclu olan müştərilərə müraciət edib     

Azərbaycanda daha dörd bankın lisenziyası ləğv olunub - YENİLƏNİB

Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi olduğu bankların əmlakını satışa çıxarır

"Atrabank" və "Qafqaz İnkişaf Bankı" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

1news.az

Paylaş:
852

Son xəbərlər

Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15
Bütün xəbərlər