Azərbaycan banklarında 500 dollardan artıq mübadilə əməliyyatı müştərinin şəxsiyyət vəsiqəsi ilə aparılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan banklarında 500 dollardan artıq mübadilə əməliyyatı müştərinin şəxsiyyət vəsiqəsi ilə aparılacaq

09:33 - 07 / 01 / 2016
Azərbaycan banklarında  500 dollardan artıq mübadilə əməliyyatı  müştərinin şəxsiyyət vəsiqəsi ilə aparılacaq

Azərbaycanda nağd xarici valyuta əliyyatları üzrə zarət çəivəsinin rtləşdirilməsi bununla da milli valyutaya spekulyativ zyiqlərin azaldılmasımin etmək qsədi ilə vbəti addım atıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı 28 iyun 2006-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı ləğv edib, yeni “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nı qəbul edib.

Bu gün qüvvəyə minən yeni Qaydaya əsasən mübadilə şöbəsi bankın səlahiyyətli idarəetmə orqanının qərarına əsasən bankın özünün, filial və ya şöbəsinin yerləşdiyi ərazi vahidində (rayon, şəhər, şəhər rayonu, qəsəbə, kənd) yaradılır, Mərkəzi Bankı  tərəfindən verilən icazə əsasında fəaliyyət göstərir. Bu Qaydaların əməliyyatların aparılması və uçotuna, məzənnənin müəyyən edilməsinə, əməliyyat gününün başa çatdırılmasına dair tələbləri bankın, bankın filial və şöbələrinin, xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına da şamil edilir. Bundan əvvəl qüvvədə olan Qayda xarici bankın yerli filialının və poçt rabitəsinin milli operatorunun daxilində aparılan mübadilə əməliyyatlarına şamil edilməyib.

Əgər indiyə qədər qüvvədə olmuş Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 5000  ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılıbsa, yeni Qaydaya əsasən mübadilə şöbəsində bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılmalıdır. Eyni zamanda bu halda bank çıxarışında fiziki şəxsin soyadı, adı, atasının adı və şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, verilmə tarixi, təqdim edən dövlət orqanının adı əksini tapmalıdır. Mübadilə şöbəsi əməliyyatları apararkən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş tələblərə də riayət edilməlidir.

Bundan əvvəl  qüvvədə olan Qaydaya əsasən banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərdilər.  Şikayətin verilməsi Milli Bankın müvafiq qərarının icrasını dayandırmırdı. Lakin bundan sonra banklar mübadilə şöbəsinin açılmasına icazə verilməsindən imtina edilməsi və ya verilmiş icazənin ləğv edilməsi barədə Mərkəzi Bankın qərarından şikayət verə bilməyəcəklər. Yeni Qayadada bankların Mərkəzi Bankın  bu sahədəki qərarlarından  məhkəməyə şikayət vermək hüququ əksini tapmayıb.

Paylaş:
1425

Son xəbərlər

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48
Bütün xəbərlər