ABŞ-dakı “beyin mərkəzi”: Yeni neft sazişi Azərbaycandakı layihələrin etibarlı və kommersiya baxımından əlverişli olmasının göstəricisidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ-dakı “beyin mərkəzi”: Yeni neft sazişi Azərbaycandakı layihələrin etibarlı və kommersiya baxımından əlverişli olmasının göstəricisidir

10:55 - 22 / 09 / 2017
ABŞ-dakı “beyin mərkəzi”: Yeni neft sazişi Azərbaycandakı layihələrin etibarlı və kommersiya baxımından əlverişli olmasının göstəricisidir

Dünyada neft qiymətlərinin və bu istiqamətdə investisiyaların azalmağına baxmayaraq, Azərbaycanın enerji layihələrinə beynəlxalq marağın davam etməsi mühüm hadisədir.

Bu barədə Vaşinqtonda yerləşən müstəqil beyin mərkəzi Caspian Policy Center-in (CPC) Azəri-Çıraq-Günəşli yataqlar bloku üzrə yeni müqaviləyə həsr olunmuş xüsusi icmalında bildirilir.

1news.az-ın verdiyi xəbərə görə, icmalda bildirilir ki, sentyabrın 14-də Azərbaycan və onun beynəlxalq tərəfdaşları Azəri-Çıraq- Günəşli yataqlar blokunun birgə işlənməsi və hasilatın pay bölgüsü ilə bağlı dəyişdirilmiş və yenidən tərtib edilmiş saziş imzalayıb. Mərkəz hesab edir ki, beynəlxalq neft nəhənglərinin davamlı olaraq Azərbaycana göstərdikləri inam, əvvəlki və mövcud layihələrin etibarlı və kommersiya baxımından əlverişli olmasının sübutudur. Belə ki, gələcək 32 il ərzində AÇG yataqlar blokuna toplamda 40 milyard dollar investisiya qoyulacaq.

“Qeyd edilməlidir ki, Azərbaycan ilk neft müqaviləsini hələ yeni müstəqil olduğu bir zamanda imzalamağa nail olmuşdu. Gənc dövlət olmasına və bir sıra problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan beynəlxalq təşəbbüsdən irəli gələn öhdəliklərini müvəffəqiyyətlə yerinə yetirərək etibarlı tərəfdaş olduğunu sübut etmişdir”-deyə icmalda bildirilir.

CPC hesab edir ki,  Azərbaycan bu yeni müqaviləni əvvəlki vəziyyətdən daha yaxşı şərtlərdə bağlayır. Belə ki, Mərkəzin hesablamalarına əsasən, hətta neftin qiyməti 55 dollar olan halda belə, hasil olunacaq neft ehtiyatlarının 180 milyard dollarlıq mənfəət yaratması gözlənilir ki,  bunun da 75%-lik hissəsi yeni razılaşma şərtlərinə uyğun olaraq Azərbaycanın payına düşəcək.

Müqavilə Milli Məclis tərəfindən ratifikasiya edildikdən sonra Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 3,6 milyard ABŞ dolları məbləğində ödəmə olacaq. Eyni zamanda əvvəlki müqavilədə 11,65 faiz paya malik olan SOCAR-ın payı, yeni müqavilədə 25 faizə yüksələcək.

Mərkəzin icmalında xüsusi vurğulanır ki, AÇG müqaviləsində Azərbaycanın beynəlxalq tərəfdaşları olan Norveç, ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya və Hindistan kimi ölkələr müqaviləyə  güclü siyasi dəstəylərini  ifadə etdilər və Azərbaycanla enerji əlaqələrinin strateji dəyərini yüksək səviyyədə qeyd etdilər. Bu ölkələrdən ABŞ 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanda və Xəzər hövzəsində  mövcud olan neft və qaz yataqlarının inkişafını davamlı olaraq dəstəkləmiş, bu resursların inkişaf etdirilib Avropa və digər bazarlara çıxarılmasının bu ölkələrdə rifah səviyyəsinin yaxşılaşdırılması və qlobal enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olaraq görmüşdür.

Yeni sazişlə bağlı fikirlərini bölüşən ABŞ Səfiri Robert Cekuta bildirib ki, qlobal enerji təhlükəsizliyi baxımından Azərbyacanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirirlir: «ABŞ AÇG yataqlar blokunun inkişafı istiqamətində imzalanan yeni sazişdə Azərbaycanla əməkdaşlıq etməkdən məmnundur. ABŞ davamlı olaraq Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində neft və qaz yataqlarının hasilatını dəstəkləmişdir. Burada əsas hədəf neft və qaz resusrlarının Avropa və digər bazarlara çatdırılmasıdır.

Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu gün Azərbyacanın əhəmiyyəti ABŞ tərəfindən diqqətə alınır və yüksək qiymətləndirirlir. Bu həqiqət, ABŞ prezidenti Donald Trumpın 28 May Azərbaycanın Müstəqillik günü ilə bağlı, eyni zamanda 24-cü Neft və Qaz sərgisi və konferansı münasibətilə Azərbaycana ünvanladığı təbrik məktubunda, və ABŞ Dövlət Katibi Reks Tillersonun Fevral ayında baş verən Cənub Qaz Dəhlizi Məşvərət Şurasına göndərdiyi məktubda öz əksini tapıb».

Səfir qeyd edib ki, ABŞ bundan sonra da Azərbaycandakı layihələrdə uzunmüddətli tərəfdaşı olmağa davam edəcək: “1990-cı illərin sonunda ABŞ Azərbaycan neftinin dünya bazarına çıxarılması üçüb Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə siyasi dəstək vermiş və ABŞ şirkətləri bu layihədə özlərinin maliyyə və texnologiya vəsaitləri ilə iştirak etmişlərdir. ABŞ bundan əvvəl olduğu kimi, bundan sonra da Azərbaycanın neft və qaz sektorunda, qeyri neft sektorunda və yeni ipək yolu layihələrində uzun müddətli tərəfdaşı olmağa davam edəcək.”

“Azərbaycanın dənizdəki ən böyük neft kompleksi çərçivəsində imzalanan müqavilə milyard dollarlala investisiya və milyardlarla barel neftin çıxarılmasına imkan verəcək. Amerikanın neft şirkətləri ABƏŞ konsorsiyumunun mühüm tərəfdaşları arasında yer almaqdadır. Eyni zamanda, ABŞ 1990-cı illərin sonunda BTC boru kəmərinə güclü siyasi və maliyyə dəstəyi vermişdir, hansı ki, bu boru kəməri AÇG yataqlar blokundan və Xəzərin digər yataqlarından hasil edilən nefti dünya bazarlarına daşıyır. Amerikanın neft və xidmət sektorunda olan şırkətləri  bu layihənin həyata keçirilməsində xüsusi rol oynamışdır. BTC-dən sonra bizim əməkdaşlığımız Cənubi Qafqaz Boru Kəmərinin inşası ilə davam etmişdir. Yaxın keçmişdə isə, ABŞ Avropa istehlakçıları üçün yeni mənbə və marşurut yaradacaq və Avropa enerji təhlükəsizliyinə dəyərli töhfə verəcək  Cənub Qaz Dəhlizinin inkişafı istiqamətində Azərbaycan, Gürcistan, Türkiyə və digər şirkətlərlə yaxından əməkdaşlıq etmişdir. Hazırda bu boru kəməri ilə Azərbaycan Türkiyə və Gürcistan bazarlarına qaz nəql edir. İndi isə, AÇG yataqlarının inkişafı istiqamətində imzalanan yeni sazişdə ABŞ şirkətləri Chevron və Exxon Mobil toplamda 16.4% pay əldə edəcəklər”-deyə icmalda qeyd edilir.

Caspian Policy Center Vaşinqtonda yerləşən müstəqil beyin mərkəzidir. ABŞ və Xəzər regionu arasında olan münasibətlər və regionun  iqtisadi, siyasi, energetika və təhlükəsizlik məsələləri Mərkəzin əsas tədqiqat mövzularını təşkil edir.

Mərkəzin Azəri-Çıraq- Günəşli yataqlar bloku üzrə yeni müqaviləyə həsr olunmuş xüsusi icmalının ingilis dilində olan tam versiyası ilə keçidindən tanış olmaq mümkündür. 

http://www.caspianpolicy.org/wp-content/uploads/2017/09/ACG-_final.pdf

S.Xankişiyeva

Paylaş:
995

Son xəbərlər

Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54
Bütün xəbərlər