Şamaxıda sahibkarlara güzəştli kreditlər verilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şamaxıda sahibkarlara güzəştli kreditlər verilib

20:54 - 21 / 09 / 2017
Şamaxıda sahibkarlara güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

1news.az-ın məlumatına görə, Fond bu sahədə növbəti işgüzar forumunu sentyabrın 21-də Şamaxı rayonunun Sabir qəsəbəsində keçirib.

Forum çərçivəsində Fond tərəfindən Şamaxı rayonunun iqtisadi potensialına uyğun olaraq, taxılçılıq (qarğıdalı), cins heyvandarlıq, üzümçülük, kartofçuluq, arıçılıq, bağçılıq təsərrüfatlarının, süd email müəssisəsinin təşkili və otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 1900-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit ayrılıb.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 277 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq və əkinçilik sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 401 investisiya layihəsinin maliyyələşdirilməsinə 23,2 milyon manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Şamaxıda dövlətin güzəştli krediti ayrılan müasir heyvandarlıq kompleksinə və üzümçülük təsərrüfatına baxış keçirilib.

Ümumilikdə, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə üzümçülüyün inkişafı ilə bağlı 260-dan çox sahibkara 33,6 milyon manat güzəştli kredit verilib. Heyvandarlığın inkişafı məqsədilə isə 23700-dən çox sahibkarın investisiya  layihəsinin maliyyələşdirilməsinə 628 milyon manat güzəştli kredit ayrılıb.

Maliyyələşdirilmiş heyvandarlıq komplekslərindən 20-i istifadəyə verilib, 4-də isə tikinti-quraşdırma işləri aparılır.

Babək Cahandarov

Paylaş:
890

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər