“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb – FOTO

15:52 - 21 / 09 / 2017
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələri açıqlanıb – FOTO

Bu gün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və tətbiq olunan yeniliklərə” həsr olunmuş təqdimat mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirib ki, dövlət xidmətlərinin “ASAN xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilməsi işi başa çatdırılıb və 2016-2017-ci illər üzrə 10 mərkəzi və 13 yerli icra hakimiyyəti orqanının seçilən 412 dövlət xidməti qiymətləndirilib.

Ülvi Mehdiyev həmçinin qeyd edib ki, qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır. 

Daha sonra Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova tədbir iştirakçılarına “ASAN xidmət indeksi” üzrə təqdimat edib. İlhamə Qədimova iştirakçılara “ASAN xidmət indeksi” altsistemi, qiymətləndirmə mexanizimi, görülən işlər, qiymətləndirilmiş dövlət xidmətləri və yekun nəticələr barəsində ətraflı məlumat verib.

Çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki,  dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə ADA Universiteti Dövlət Agentliyi ilə birgə əməkdaşlıq edir və bundan sonra da bu istiqamət üzrə mövcud əməkdaşlıq davam etdiriləcək.

Sonda isə tədbir sual - cavab hissəsi ilə davam etdirilib.

Qeyd edək ki, “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi məqsədilə Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılıb və vətəndaşların istifadəsinə verilib. 

Babək Cahandarov

Paylaş:
1127

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər