Bakıda “Caspian Energy Transport Forum” keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Caspian Energy Transport Forum” keçirilib

21:57 - 20 / 09 / 2017
Bakıda “Caspian Energy Transport Forum” keçirilib

Bu gün Bakıda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə “Caspian European Club” və “Caspian American Club” tərəfindən təşkil olunmuş “Caspian Energy Transport Forum” xüsusi sessiyasında nəqliyyat sektoru ilə bağlı əsas məsələlər və problemlər müzakirə olunub.

1news.az-ın məlumatına görə, R.Quluzadə iştirakçılara nəqliyyat sektorunun gələcək inkişafı istiqamətində görülən tədbirlər, müvafiq infrastrukturun təkmilləşdirilməsi, planlar və perspektivlər barədə məlumat verib.

Nazirin fikrincə, hazırda Azərbaycanın nəqliyyat-yol kompleksinin potensialını gücləndirərək regionda əsas nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə həmçinin özəl sektorla əməkdaşlığın genişləndirilməsi qeyd olunub, o cümlədən “Caspian European Club” və “Caspian American Club”un üzv şirkətlərini maraqlandıran məsələlər müzakirə olunub.

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev isə deyib ki, bu il dekabrın 8-də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dənizi, Aralıq dənizi və Baltik regionu ölkələrini təmsil edən şirkətlərin 300-dən artıq iştirakçının qatılacağı “Caspian American Forum Baku – 2017” keçiriləcək. Həmçinin 2018-ci ilin martında Gürcüstan və Azərbaycan Respublikası hökumətlərinin, həmçinin "Caspian European Club"un dəstəyi ilə V beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılışında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin iştirakı planlaşdırılır. 

1news.az

Paylaş:
644

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər