SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilib - FOTO

22:49 - 22 / 08 / 2017
SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilib - FOTO

Təmiz hava aylığı çərçivəsində SOCAR-ın nəqliyyat vasitələri ekoloji müayinədən keçirilib.

SOCAR-ın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası ilə əlaqədar atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər planına uyğun olaraq hər il olduğu kimi 2017-ci ilin avqustunda da respublika ərazisində “Təmiz hava” aylığı keçirilir. Tədbirdə fəal iştirak edən SOCAR-ın Ekologiya İdarəsinin Ekoloji Ölçmə Mərkəzi Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq şirkət üzrə nəqliyyat vasitələrindən atmosferə atılan işlənmiş qazların miqdarının normalara uyğunluğunun yoxlanılması işlərini yerinə yetirir. İstismarda olan avtomobillərin yanacaq sistemləri tənzimlənir və daima saz vəziyyətdə saxlanılır.

“Təmiz hava” aylığı çərçivəsində Ekoloji Ölçmə Mərkəzinin əməkdaşları avqustun 14-dən beş gün müddətində Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin Bakı və Sumqayıt şəhərlərində istismar olunan nəqliyyat vasitələrini və xüsusi texnikaları yerində ekoloji müayinədən keçirmişlər və müayinələrin nəticələri müsbət qiymətləndirilib. SOCAR-ın balansında olan nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi işləri tərtib olunmuş qrafikə uyğun olaraq davam etdirilir.

1news.az

Paylaş:
1630

Son xəbərlər

Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29
Bütün xəbərlər