Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

20:42 - 17 / 08 / 2017
Kənd Təsərrüfatı Nazirliyində “John Deere” şirkəti ilə əməkdaşlıq perspektivləri müzakirə olunub

Avqustun 17-də kənd təsərrüfatı naziri Heydər Əsədovla “John Deere” şirkətinin MDB ölkələri üzrə direktoru Dirk Strattman və Azərbaycan üzrə nümayəndəsi Maximilian Pauge ilə görüşündə şirkət ilə nazirlik arasında əməkdaşlığa dair müzakirələr aparılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, görüşdə nazir H.Əsədov “John Deere” şirkəti ilə əməkdaşlığa böyük önəm verdiyini, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu nəzərə çatdirib. Nazir şirkət ilə əməkdaşlığı daha da genişləndirmək məqsədilə təhsil sahəsində işçi qrupunun yaradılmasını və onun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, “John Deere”nin və fermerlərin də daxil olmasını məqsədəuyğun hesab edib. Əsas məqsəd isə yeni texnika və texnologiyalarla tanış olmaq, bu sahədə maarifləndirmə işləri aparmaq, eyni zamanda, tədrisə tələbatın müəyyənləşdirilməsi, uzunmüddətli tədris planının hazırlanması və qısa müddətdə işçi qrupu təsdiq edildikdən sonra plana əsasən sentyabr ayında ilk toplantısının keçirilməsidir.

H.Əsədov, həmçinin “John Deere” şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb.

Görüşdə gələcəkdə bağçılıqda istifadə olunan yeni müasir texnikaların alınması barədə də fikir mübadiləsi aparılıb.

“John Deere”nin MDB ölkələri üzrə direktoru D.Strattman Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələri yüksək dəyərləndirdiyini və bundan sonra da əməkdaşlığa önəm verdiyini söyləyib.

Qeyd edib ki, “John Deere” şirkətinin pambıqyığan kombaynları MDB ölkələri arasında bağlanmış müqavilələrə əsasən Azərbaycana ən ucuz qiymətə satılır. Dirk Strattman Azərbaycan torpaqlarında olan şoranlaşmanın qarşısını almaq məqsədilə təmsil etdiyi şirkət tərəfindən torpaqşünaslıq üzrə mütəxəssisləri dəvət etməklə tədbirlər planı hazırlanmasını nəzərə çatdırıb.

1news.az

Paylaş:
791

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər