Məhsullarımız “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində təqdim olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Məhsullarımız “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində təqdim olunacaq

16:56 - 17 / 08 / 2017
Məhsullarımız “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində təqdim olunacaq

Azərbaycan məhsulları növbəti dəfə vahid ölkə stendi ilə bu ilin 11-14 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçiriləcək “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, sərgidə Azərbaycanın 30-dan çox şirkətinin meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, çay, süd məhsulları və s. yerli məhsullarımız təqdim ediləcək.

“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində həmçinin, Azərbaycanın mədəniyyəti və mətbəxi, ölkəmizin turizm, biznes və investisiya imkanları təbliğ olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli “Made in Azerbaijan” brendinin xarici bazarlarda təbliğini nəzərdə tutan Fərmanına uyğun olaraq, indiyədək yerli məhsullarımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində və Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində vahid ölkə stendi ilə nümayiş olunub, xarici ölkələrə 8 ixrac missiyası təşkil edilib.

Babək Cahandarov

Paylaş:
663

Son xəbərlər

Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09
Bütün xəbərlər