BP: “Şahdəniz-2” üzrə ümumi işlərin 95 faizdən çox çoxu tamamlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP: “Şahdəniz-2” üzrə ümumi işlərin 95 faizdən çox çoxu tamamlanıb

16:51 - 17 / 08 / 2017
BP: “Şahdəniz-2” üzrə ümumi işlərin 95 faizdən çox çoxu tamamlanıb

“Şahdəniz Mərhələ 2” üzrə ümumi işlərin 95 faizdən çoxu tamamlanıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, cari ilin birinci yarısında “Şahdəniz Mərhələ 2” layihəsinin tikinti işləri uğurla davam edib.

Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 95 faizdən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı “ATA” (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı dərin özüllər zavodu və boru kəməri marşrutu boyunca layihə işləri davam edir.

İyun ayında layihə daha bir mühüm hadisəni qeyd edib – “Şahdəniz Mərhələ 2” üçün tikilən platformalardan birinin üst modulları yola salındı və dənizdə quraşdırılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst modullarının yola salınması münasibətilə təşkil olunan rəsmi mərasimdə Prezident İlham Əliyev də iştirak edib.

Dənizdə üst modullar artıq əvvəldən suyun 94 metr dərinliyində quraşdırılmış dayaq blokunun üzərinə oturdulub və uğurla bərkidilib. “ATA” tikinti-quraşdırma sahəsində “Şahdəniz-2” üçün inşa olunan paltformalardan ikincisinin də üst modullarının tikintisi artıq başa çatıb və istismar sınaqları 90 faiz tamamalanıb. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin üçüncü rübünə planlaşdırılır.

Sualtı tikinti işləri üçün nəzərdə tutulmuş “Xənkəndi” gəmisinin tikintisi və istismar sınaqları Bakı Gəmiqayırma Zavodunda artıq bitib və bu da “Şahdəniz-2” layihəsində mühüm bir mərhələdir.

Dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında “Şahdəniz-2”dən əldə ediləcək əlavə qaz həcmlərini emal etmək üçün genişləndirmə işləri uğurla irəliləyir.

Ümumilikdə “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə tikinti işlərinin ən qızğın vaxtlarında Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə işlərə cəlb olunub ki, onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır.

S.Xankişiyeva

Paylaş:
697

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər