İstanbulda Türkiyə və Azərbaycan işgüzar dairələrinin toplantısı olub - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İstanbulda Türkiyə və Azərbaycan işgüzar dairələrinin toplantısı olub - FOTO

19:14 - 21 / 07 / 2017
İstanbulda Türkiyə və Azərbaycan işgüzar dairələrinin toplantısı olub - FOTO

Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) Türkiyə-Azərbaycan ikitərəfli biznes və iqtisadi əlaqələrini müzakirə etmək üçün hər iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi yüksək səviyyəli tədbir keçirilib.

Hər il keçirilən və sayca altıncı olan bu toplantı DEİK-in Türkiyə-Azərbaycan Biznes Şurasının sədri Səlcuk Akat, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Türkiyə Nümayəndəsi Rəna Rzayeva və "Paşa Bank Türkiyə"nin Baş Meneceri Cənk Eynehan tərəfindən təşkil olunub.

TEAS-dan 1news.az-a verilən məlumata görə, tədbir təşkilatlarının hər biri öz məruzə və təqdimatında iki ölkə arasında ticarətin indiki vəziyyəti, inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan söhbət açıb.

Tədbiri giriş sözü ilə açan Səlcuk Akat DEİK-in məqsədinin Türkiyə və Azərbaycan arasındakı ikitərəfli ticarət əlaqələrini daha da gücləndirmək olduğunu vurğulayıb və DEİK-in ötən il ərzində həyata keçirdiyi müxtəlif layihələr barədə danışıb. Akatın proqnozlarına görə, 2020-ci ildə Türkiyədə Azərbaycan sərmayələrin səviyyəsi 20 milyard ABŞ dollarına çatacaq. Bu, əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti  (SOCAR) tərəfindən görülən işlər hesabına baş verəcək.

Cənk Eynehan qeyd edib ki, iki ölkə arasındakı iqtisadi və sosial tərəfdaşlıq genişləndiyindən, “Paşa Bank” regionun maliyyə körpüsünə çevrilmişdir. Natiqin Azərbaycan iqtisadiyyatına dair hesabatında sərmayə yatırımı mühitinin genişləndirilməsi üçün həyata keçirilmiş müxtəlif islahat paketləri müzakirə olunub.

R.Rzayeva Azərbaycanın müxtəlif biznes imkanlarının Avropada təbliğində Avropa Azərbaycan Cəmiyyətinin rolundan danışıb.

O qeyd edib ki, Azərbaycan-Türkiyə enerji sahəsindəki işgüzar əlaqələrinin çox güclü zəminə malik olmasına baxmayaraq, qeyri-neft sektorları olan turizm, aqrobiznes və logistika sahələrində də böyük əməkdaşlıq potensialı var. O, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın DEİK-in fəaliyyəti nəticəsində daha yeni səviyyəyə çatacağından ümidvar olduğunu bildirib.

1news.az

Paylaş:
936

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər