Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub

18:48 - 21 / 07 / 2017
Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi telekommunikasiya xidmətləri ilə təmin olunub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.

Məlumat verilib ki, “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkilib, 64 nömrə tutumlu elektron Avtomat Telefon Stansiyası (ATS), kənd daxilində telefon kabellərin yeraltı çəkilişi üçün kabel-kanalizasiya qurğuları quraşdırılıb, 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Cocuq Mərcanlıda inşa edilən 50 yeni evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təmin edilib.

“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Suat Paşayev jurnalistlərə müsahibəsində bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yenidən qurulan Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması işləri yekunlaşıb. Burada ən son texnologiyalardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulmuş ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq.

Babək Cahandarov

Paylaş:
980

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər