PAŞA Sığortadan yeni hədiyyə kampaniyası: Avtomobilini sığortala və yurdumuzu kəşf et | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığortadan yeni hədiyyə kampaniyası: Avtomobilini sığortala və yurdumuzu kəşf et

12:40 - 20 / 07 / 2017
PAŞA Sığortadan yeni hədiyyə kampaniyası: Avtomobilini sığortala və yurdumuzu kəşf et

PAŞA Sığorta şirkəti yay mövsümü ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin KASKO sığortasını əldə edəcək müştərilər üçün “Avtomobilini sığortala və yurdumuzu kəşf et!” adlı yeni hədiyyə kampaniyasına start verir.

Beləliklə, avqustun 17-dək minimal 450 AZN məbləğində könüllü avtomobil sığortası (KASKO) üzrə müraciət edəcək müştərilər PAŞA Sığortadan hədiyyə olaraq 200 AZN nominaladək ölkədaxili səyahət kuponu qazanacaqlar.

Kampaniyanın şərtlərinə əsasən müştərilər 450-1000 AZN sığorta haqqına görə 100 AZN, 1000 AZN-dən yüksək KASKO sığortası üçün isə 200 AZN nominallı səyahət kuponları əldə edəcəklər. Müştərilər səyahət kuponlarını Nizami küç. 167 C ünvanında yerləşən «Spektr Travel» turizm şirkətinə təqdim etməklə ölkəmizin müxtəlif bölgələrinə səyahət sifariş edə və ya kuponun nominal məbləğinə uyğun endirimdən faydalana bilərlər.

KASKO sığortasını əldə etmək və kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini və həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə göndərərək KASKO sığortasını əldə edə bilərsiniz. 

Kampaniyanın şərtləri barədə ətraflı məlumat üçün: https://goo.gl/zf5f24

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Paylaş:
1185

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər