Oğuz rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Oğuz rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur

21:03 - 20 / 07 / 2017
Oğuz rayonunda tütünçülüyün və bağçılığın inkişafı təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu bu istiqamətdə növbəti işgüzar forumu iyulun 20-də Oğuz rayonunda keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Oğuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, tütünçülük, üzümçülük, bağçılıq və arıçılıq təsərrüfatlarının, meyvəqurutma və pendir istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinın təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafı, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən 2215 investisiya layihəsinin maliyyələşdirilməsinə 99,6 milyon manat güzəştli kredit verilib.

Forumda vurğulanıb ki, Şəki-Zaqatala iqtisadi rayonu üçün ənənəvi sahələrdən olan tütünçülüyün inkişafına dövlət maliyyə dəstəyi göstərilir. Ümumilikdə, indiyədək tütünçülüyün inkişafı ilə bağlı 120-ə yaxın sahibkara 2,4 milyon manatdan çox güzəştli kredit ayrılıb.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Oğuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 515 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, tütünçülük, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.

Tədbir çərçivəsində Oğuzda güzəştli kredit ayrılan tütünçülük təsərrüfatına və qarğıdalı əkini sahəsinə baxış keçirilib.

1news.az

Paylaş:
939

Son xəbərlər

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlərBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32
Bütün xəbərlər