Vergilər Nazirliyində ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergilər Nazirliyində ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib

14:11 - 19 / 07 / 2017
Vergilər Nazirliyində ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib

İyulun 18-də Vergilər Nazirliyində Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin Media və Kommumikasiya Mərkəzindən 1news.az-a verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev  qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Nazir müavini bildirib ki, Vergilər Nazirliyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq mexanizmi çərçivəsində xarici ölkələrin, o cümlədən ABŞ-ın vergi orqanları ilə əməkdaşlığı genişləndirir.

İ.Vəliyev Amerika Ticarət Palatası (AmCham) ilə birlikdə vergi kon­franslarının təşkil edildiyini qeyd edərək, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində müstəsna rol oynadığını diqqətə çatdırıb. Nazir müavini Azərbaycan Respublikasının Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamına toxunaraq bildirib ki, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası zamanı AmCham-la birlikdə keçirilmiş görüşlərdə səslənən tövsiyyələr də nəzərə alınıb.

Qeyd edib ki, ABŞ-la əməkdaşlığın davamı olaraq 2015-ci ildən “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş” qüvvəyə minib. Bu sazişə əsasən, tərəflərin vergi ödəyicilərinin bank hesabları, həmin hesablara aid əməliyyatlar barədə məlumatların mübadiləsi həyata keçirilir.

Qonaqlara “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verilib.  Qeyd edilib ki, nazirliyin əsas icraçı olduğu sahələrdən biri  əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsidir. Hazırda Azərbaycanda ABŞ-a məxsus 300-ə yaxın müəssisə və təşkilat fəaliyyət göstərir və investisiya mühitinin daha da əlverişli vəziyyətə çatıdırılması bu müəssisələrin sayının artmasına təkan verəcək. 

ABŞ Missiya Rəhbərinin müavini Uilyam Gill Azərbaycanın vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Strateji yol xəritələrinin uğurlu təşəbbüs olduğunu qeyd edən qonaq vergi güzəştlərinin təyin edilməsi, investisiya mühitinin yaxşılaşdırlması, vergi rejiminin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məsələlərinin doğru hədəflər olduğunu vurğulayıb. Azərbaycanla iqtisadi münasibətlərin uğurla davam etdiyini bildirən U.Gill bu sahədə əməkdaşlığın daha da genişlənməsinə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə nümayəndə heyətinin üzvləri ilə ABŞ şirkətlərinin Azərbaycandakı fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub və bir sıra suallar cavablandırılıb.

Babək Cahandarov

Paylaş:
729

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər