“Azəravtoyol” təcrübə - sınaq layihəsinə start verdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Azəravtoyol” təcrübə - sınaq layihəsinə start verdi – FOTO – VİDEO

17:01 - 23 / 06 / 2017
“Azəravtoyol” təcrübə - sınaq layihəsinə start verdi – FOTO – VİDEO

“Azəravtoyol” ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikası üçün avadanlıqların istehsalına dair təcrübə-sınaq layihəsinin icrasına başlayıb.

1news.az-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istehsalda xarici komponentlərdən asılılığın azaldılması, bununla da yerli istehsalın stimullaşdırılması, istehsal olunan məhsulların nəinki daxili bazar üçün nəzərdə tutulması, həmçinin ixracyönümlü olmasına dair verdiyi tövsiyələr və tapşırıqlara əsasən həyata keçirilir.

Mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində yol texnikası, maşın-mexanizmlər üçün əvvəllər böyük məbləğ hesabına xaricdən alınan xüsusi təyinatlı avadanlıqlar və onların bir çox hissələrini ölkəmizdə istehsal etmək, həmçinin kooperasiya yolu ilə müxtəlif xarici istehsalçılardan idxal edib yığım şəklində ərsəyə gətirilməsinin mümkünlüyü dəqiqləşdirilib.

Araşdırmaların nəticəsinə uyğun olaraq, aşağıda qeyd olunan xüsusi təyinatlı avadanlıqların həm yerli istehsalı, həm də kooperasiya yolu ilə (yəni mühərrik, hidravlik nasos, elektron ləvazimatlar, bir sıra həssas hissələrin tanınmış xarici istehsalçılardan idxal edilərək yığımda istifadə edilməsi) istehsalını həyata keçirmək mümkündür: yol-təmir avadanlıqları ilə təchiz edilmiş xüsusi təyinatlı avtomobil; bitum daşıyan və səpən avtomobillər (emulqatorlar); su daşıyan avtomobillər; yolların təmizlənməsi və yol ayrıclarında quraşdırılmış əyri xətli tirlərin yuyulması üçün nəzərdə tutulmuş avtomobillər; xüsusi sovurucu və yol süpürənlə təchiz edilmiş avtomobillər; paylayıcı və sayğacla təchiz edilmiş yanacaq daşıyan avtomobillər; qış aylarında istifadə edilən duz-qum səpən aqreqatlar.

Təcrübə-sınaq layihəsi çərçivəsində “Azəravtoyol” ASC yuxarıda sadalanan avadanlıqların bir çoxunun istehsalına artıq nail olub. Bu avadanlıqların bəziləri, yəni 9 ədəd su maşını və 1 ədəd yanacaq daşıyan maşın cəmiyyətin Nəqliyyat İdarəsinin ixtiyarına verilib və artıq müvəffəqiyyətlə də istismar edilir.

Bundan başqa “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti daxili potensial hesabına reallaşdırılaraq həyata keçirilən təcrübə-sınaq layihəsi çərçivəsində hazırda bir neçə maşın-mexanizmlərdə (bitum maşını, duz-qum səpən aqreqatlar, yol təmiri maşını və s.) son tamamlama, dəqiqləşdirmə işləri görülür. İstehsalı mümkün olan digər avadanlıqlar isə layihələndirilmə mərhələsindədir.

Qeyd edək ki, yol təmiri və tikintisində lazım olan avadanlıqların ölkəmizdə istehsal olunması üçün hazırlanan təcrübə-sınaq layihəsinin məqsədi xarici komponentlərə olan asılılığı azaltmaq, bununla da dövlət büdcəsinə dəstək olmaqdır.

Babək Cahandarov

Paylaş:
697

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər