2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır | 1news.az | Xəbərlər
İqtisadiyyat

2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır

16:57 - 22 / 06 / 2017
2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Komitənin üzvü Vahid Əhmədov “APA-Economics”ə bildirib ki, iclasda “2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında” qanun layihəsi müzakirə edilib.

Millət vəkilinin sözlərinə görə, qanun layihəsinə əsasən dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur:

“Proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Bununla yanaşı, büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə də əlavə vəsaitin cəlb olunması nəzərdə tutulur ki, bu da gömrük rüsumlarının hesabına formalaşacaq. Azərbaycan Mərkəzi Bankının mənfəəti də dövlət büdcəsinə daxil olacaq. Bundan başqa, son dövrlər qəbul etdiyimiz qanunlara əsasən maliyyə sanksiyaları sərtləşdirilib ki, bu da daxilolmaların artmasına səbəb olacaq. Yol polisinin sanksiyaları hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artırılması nəzərdə tutulub.

Xərclərə gəlincə, SOCAR-a, Əmanətlərin Sığortalanması Fonduna müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulub. Bilirsiniz ki, dövlət başçısının Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var. Bankın xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat ayıracaq. Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln. manata yaxın olacaq ki, bu da ÜDM-in 1,8%-nə bərabər olacaq”.

Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, neftin baza qiyməti dəyişməyəcək. "Əlavə daxilolmalar sırf qeyri-neft sektoru üzərində fokuslanıb", - deyə V.Əhmədov bildirib.

Millət vəkili əlavə edib ki, iqtisadiyyatda gedən proseslər onu deməyə əsas verir ki, dövlət büdcəsinin icrasında problem olmayacaq.

Xatırladaq ki, 2017-ci il dövlət büdcəsi büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiq edilib.

Babək Cahandarov

Paylaş:
424

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər