“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək

18:41 - 27 / 05 / 2017
“Moody’s”: ABB-nin xarici kreditorları restrukturizasiya planını təsdiqləyəcək

Azərbaycan Beynəlxalq Bankının (ABB) mayın 23-də beynəlxalq kreditorlara təqdim etdiyi xarici öhdəliklərin restrukturizasiyası planının təsdiqlənməsinə invedtorlar tərəfindən razılıq veriləcək.

1news.az  Apa-ya istinadla xəbər verir ki, bunu “BNE Intellnews” nəşrinə müsahibəsində “Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukova bildirib.

M.Malyukova qeyd edib ki, kreditorların təsdiqləyəcəyi plana əsasən, ABB-nin investorlar qarşısındakı öhdəlikləri suveren istiqrazlarla əvəzlənəcək, ödəniş müddəti uzadılacaq və gəlirlilik azalacaq. “Kreditorlar restrukturizasiya planını təsdiqləməzsə, alternativ variant bankın ləğv olunması ola bilər ki, bu da kreditorlar üçün daha böyük itki dəməkdir”, - deyə analitik izah edib.

Restrukturizasiya planı elan olunduqdan sonra “Fitch Ratings” ABB-nin reytinqini “CCC” səviyyəsindən “RD”, yəni məhdud defolt səviyyəsinədək endirib. M.Malyukova bildirib ki, “Moody’s” analoji addımı atmayacaq.

Mayın 11-də ABB xarici öhdəliklər üzrə ödənişləri dayandırdığını və xarici valyutada olan borcunun restrukturizasuyasını elan edib. Həmin gün Maliyyə Nazirliyinin yaydığı açıqlamada qeyd edilib ki, xarici valyutada olan borc suveren bondlarla (istiqrazlarla) əvəzlənəcək. Restrukturizasiya planından görünür ki, söhbət 3,34 mln. dollarlıq xarici öhdəlikdən gedir. Ən iri kreditorlar qismində ABB-yə 1,1 mlrd. dollarlıq depozit yatıran Azərbaycan Dövlət Neft Fondudur (ARDNF) və ABŞ-ın iki nəhəngi - “Cargill” və “Citibank” çıxış edir. ABB-nin Nyu-York məhkəməsinə defolt elan olunması ilə bağlı müraciəti investorlar üçün şok olub. Belə ki, 2015-ci ildən etibarən hökumət banka kapitallaşma, toksik aktivlərin təmizlənməsi üçün zəruri dəstəyi verib. Restrukturizasiya planı xarici kreditorların ⅔-si tərəfindən razılaşdırıldığı halda onun icrasına başlanılacaq. Bildirilir ki, ABB “Cargill” üçün olduqca əlverişli, daha az itkiyə səbəb olacaq variant təklif edib. Başqa sözlə, ABB restrukturizasiya planının təsdiqlənməsini təmin edib.

“Azərbaycan hökuməti indiyədək öz üzərinə 10 mlrd. manatlıq toksik aktivi götürməklə, banka ciddi dəstək verib. Bu dəstək ÜDM-in 18%-nə bərabərdir. Lakin ötən il bankın açıq valyuta mövqeyindən itkiləri 1,3 mlrd. manat təşkil edib. Görünür, hökumət bu qədər itki gözləmirdi. Bu səbəbdən ABB-nin xarici öhdəliklərinin restrukturizasiyasına qərar verilib”, - deyə M.Malyukova bildirib.

O, əlavə edib ki, xarici öhdəliklərin restrukturizasiyası planı “Moody’s” üçün də sürpriz olub. “Hazırda Azərbaycanın bank sektorunun aktivləri ÜDM-in 53%-nə bərabərdir ki, bu da hökumət üçün idarəolunan səviyyədir. Belə ki, ölkənin strateji valyuta ehtiyatları 33 mlrd. dollara və ya ÜDM-in 92%-nə bərabərdir”, - deyə vitse-prezident bildirib. 

1news.az

 

Paylaş:
887

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər