Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib

21:42 - 26 / 05 / 2017
Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib

Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda Azərbaycan və Gürcüstan gömrük xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gömrük Departamentinin rəhbəri Vladimer Khundadze başçılıq edib.

Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, əlaqələrin davamlı inkişaf etdiyi və qarşılıqlı münasibətlərin güclənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub.

Bununla yanaşı, Azərbaycan və Gürcüstan gömrük orqanları arasında məlumat mübadiləsinə dair həm ikitərəfli, həm də GUAM çərçivəsində imzalanmış texniki təminat sənədlərinin icra vəziyyətləri müzakirə edilib, iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etmək məqsədi daşıyan həmin sənədlərin əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gömrük Departamentinin nümayəndələrilə birgə aparılan monitorinq zamanı ilkin məlumat mübadiləsinin təşkil edilməsi üçün tətbiq olunan test sınaqlarının daha 1 ay müddətində davam etdirilməsi qərara alınıb.

Eyni zamanda, xarici turistlərin marağının artırılması, turizmin inkişafında davamlılığın təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə xarici vətəndaşlar tərəfindən alınan mallara görə ödənilmış əlavə dəyər vergisinin tam və ya qismən geri qaytarılması (TAX FREE) sisteminin tətbiqi ilə bağlı iki ölkənin gömrük orqanları arasında məlumat mübadiləsinin həyata keçirilməsinin zəruriliyi də qeyd olunub.

Babək Cahandarov

Paylaş:
1062

Son xəbərlər

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər - VİDEOBu gün, 12:23Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54
Bütün xəbərlər