Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək

21:15 - 26 / 05 / 2017
Bakı beynəlxalq konfransa ev sahibliyi edəcək

Cari ilin 30 may – 1 iyun tarixlərində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (MQS) yaradılmasının 25 illiyinə həsr olunan beynəlxalq konfrans və təşkilata üzv dövlətlərin 51-ci iclası keçiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, tədbirdə Elektrotexnikanın Standartlaşdırılması üzrə Avropa Komitəsinin (CENELEC) prezidenti Tiis Bernard, Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Akademiyasının direktoru Gerundino Daniel, Beynəlxalq Elektrotexnika Komissiyasının (İEC) vitse-prezidenti Spindler Ulrix, BMT-nin Sənayenin İnkişafı üzrə Təşkilatının (UNİDO) departament müdiri Kalzadilla Sarmiento Bernardo, həmçinin Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova, Polşa,Slovakiya, Sloveniya, Türkiyə respublikalarının standartlaşdırma, akkreditasiya, metrologiya sahələrində fəaliyyət göstərən qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.

“Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində 25 il razılaşdırılmış siyasətin aparılması” mövzusunda beynəlxalq konfrans 30 may tarixində saat 10.00-da “Boulevard” otelinin “Tağıyev” zalında (Xəqani Rüstəmov 4C) başlayacaq. Tədbirdən öncə 08.15-də tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, sonra Şəhidlər Xiyabanını ziyarət edəcəklər. 

3 gün ərzində keçiriləcək tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq.

Babək Cahandarov

Paylaş:
909

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər