SOCAR İrandakı layihələrdə iştirak etmək üçün razılıq alıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İrandakı layihələrdə iştirak etmək üçün razılıq alıb

15:31 - 24 / 05 / 2017
SOCAR İrandakı layihələrdə iştirak etmək üçün razılıq alıb

SOCAR İranın "E&P Companies" şirkətinin tərəfdaşları siyahısına əlavə olunub.

1news.az-ın məlumatına görə, bunu Apa-ya İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya bildirib.

Nazir müavini deyib ki, müvafiq müraciət ötən ay SOCAR tərəfindən daxil olub: "SOCAR ötən ay İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Şirkətin müraciətinə baxılıb və onun müsbət cavab verilib. Beləliklə, SOCAR "Shell", Total" kimi nəhəng şirkətlərlə paralel İrandakı layihələrdə iştirak edə və ölkəmizə sərmayə yatıra bilər. Biz SOCAR-ı ciddi oyunçu kimi qəbul edirik. SOCAR İrandakı ciddi layihələrdə iştirak etmək üçün böyük potensiala malikdir. Bu səbəbdən də onun müraciətinə müsbət cavab verilib".

 Onun sözlərinə görə, SOCAR İranda həm qazma, həm də emal sahəsində reallaşdırılan layihələrdə iştirak edə bilər. "SOCAR-a potensial layihələr təklif olunub və şirkət özü həmin layihələri seçməlidir. Başqa sözlə, biz seçimi SOCAR-ın ixtiyarına buraxmışıq. Bizdə olan məlumata görə, SOCAR layihələrlə bağlı araşdırma aparır".

1news.az

Paylaş:
524

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər