KPMG və Sberbank “KazanSummit-2017” sammiti çərçivəsində partnyorluq maliyyələşdirməsi ilə bağlı işgüzar səhər yeməyi təşkil ediblər – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

KPMG və Sberbank “KazanSummit-2017” sammiti çərçivəsində partnyorluq maliyyələşdirməsi ilə bağlı işgüzar səhər yeməyi təşkil ediblər – FOTO

16:06 - 19 / 05 / 2017
KPMG və Sberbank “KazanSummit-2017” sammiti çərçivəsində partnyorluq maliyyələşdirməsi ilə bağlı işgüzar səhər yeməyi təşkil ediblər – FOTO

Mayın 19-da Kazan şəhərində keçirilən “Rusiya - İslam dünyası: KazanSummit-2017” sammiti çərçivəsində Sberbank və KPMG “Partnyorluq maliyyələşdirməsi: #yenireallıq” mövzusunda səhər yeməyi təşkil ediblər.

Səhər yeməyinin moderatorları qismində KPMG Rusiya və MDB ölkələri üzrə Maliyyə Xidmətləri Praktikasının rəhbəri, KPMG Azərbaycan şirkətinin İdarəedici Partnyoru Vüqar Əliyev və “Sberbank” SC-nin İdarə Heyətinin sədr müavinin məşvərətçisi Behnam Qurbanzadə çıxış ediblər. İşgüzar səhər yeməyi Rusiya və MDB ölkələrində partnyorluq maliyyələşdirməsinin perspektivlərinin və onun inkişafına təkan verən amillərin müzakirəsinə həsr edilib.

Sessiya zamanı Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov, Beynəlxalq İslam Biznesi Assosiasiyasının prezidenti Marat Kabayev, Sberbank-ın İdarə Heyətinin sədr müavini Oleq Qaneyev, Dubay İslam İqtisadiyyatının İnkişafı Mərkəzinin baş məsləhətçisi Xalid Əl-Canahi, AAOIFI İslam Maliyyə Təşkilatları üzrə Mühasibatlıq Uçotu və Audit Təşkilatının baş direktoru Hamed Həsən Əl-Merah, Rusiya Bankının İdarə Heyətinin məşvərətçisi Aleksey Simanovskiy, Rusiya Dövlət Dumasının 6-cı və 7-ci çağırışının deputatı və Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Dmitri Savalyev çıxış ediblər.

Hazırda geosiyasi və maliyyə sahəsində müşahidə edilən mürəkkəb vəziyyətlə, habelə maliyyə təşkilatlarına inamın azalması ilə əlaqədar olaraq, partnyorluq maliyyələşdirməsinə maraq artmaqdadır. Rusiyada və MDB ölkələrində partnyorluq maliyyələşdirməsinin tətbiqi məsələsi uzunmüddətli vəsait axtarışında olan ənənəvi bankların da marağına səbəb olur. Bununla belə, müştəri seqmentinin formalaşmasına baxmayaraq, bu sahə mövcud qanunvericilik çərçivəsində tam inkişaf edə bilmir. Maliyyə sektorunun yeni reallığına çevrilən partnyorluq maliyyələşdirməsinin tətbiqi üçün bank sistemində müəyyən dəyişikliklər və zəruri inkişaf şəraitlərinin yaradılması tələb olunur. İşgüzar səhər yeməyinin məqsədi də məhz bu dəyişikliklərin, onlarla bağlı olan mövcud ilkin şərtlərin və bu sahədə Rusiya və MDB ölkələrində gələcək vəziyyətin müzakirəsindən ibarət olub.

Tədbir zamanı spikerlər qeyd edilən mövzunun bütün aspektlərini işıqlandırıb: partnyorluq maliyyələşdirməsinin tətbiqində beynəlxalq təcrübə, bu sahədə Rusiyada cari vəziyyət (Sberbank işçi qrupunun fəaliyyəti, Tatarıstan Beynəlxalq İnvestisiya şirkətinin təsis edilməsi, dövlət-özəl sektor əməkdaşlığı layihələrində və ixracın təşviqi layihələrində partnyorluq maliyyələşdirməsi) və partnyorluq maliyyələşdirməsi məhsulları üzərində qanunvericilik nəzarəti məsələləri.

Tədbir müxtəlif biznes seqmentlərində partnyorluq maliyyələşdirməsinin inkişaf perspektivlərinin müzakirəsi və sual-cavab sessiyası ilə başa çatıb.

Reklam hüququnda

Paylaş:
844

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər