PAŞA Sığorta şirkəti “Sirli Bakı” sosial layihəsini uğurla reallaşdırıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

PAŞA Sığorta şirkəti “Sirli Bakı” sosial layihəsini uğurla reallaşdırıb – FOTO

14:20 - 19 / 05 / 2017
PAŞA Sığorta şirkəti “Sirli Bakı” sosial layihəsini uğurla reallaşdırıb – FOTO

PAŞA Sığorta şirkəti korporativ sosial məsuliyyət siyasəti çərçivəsində “Sirli Bakı” adlı layihəsini uğurla reallaşdırıb.

PAŞA Sığortanın təşəbbüsü, PAŞA Holdinq və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Sirli Bakı” layihəsinin başlıca məqsədi paytaxt Bakıda olan tarixi abidələr barədə yerli əhali və şəhərin qonaqlarını məlumatlandıraraq onların şəhərin tarixi barədə maariflənməsinə dəstək olmaqdır.

Layihəyə əsasən, artıq paytaxtda yerləşən 40-dək tarixi obyekt qarşısında xüsusi stendlər quraşdırılıb. Həmin stendlərə yaxınlaşaraq smartfon cihazlar vasitəsilə tarixi obyektlər barədə virtual şəkildə interaktiv məlumat əldə etmək mümkündür. Belə ki, bunun üçün layihə çərçivəsində “Sirli Bakı”  mobil tətbiqi tərtib edilib. Tətbiqi smartfon cihazlarına yükləyərək xüsusi hazırlanmış “Artırılmış Reallıq” texnologiyası vasitəsilə smartfonun kamerasını obyektlərin yanında yerləşdirilmiş stendlərin üzərindəki markerə tərəf tutmaq gərəkdir. Beləliklə, istifadəçilər həmin tətbiqdə tarixi obyektlərə dair mətn, foto, həmçinin video formatlı məlumatlar əldə edə bilərlər.

Tətbiqdə həmçinin tanınmış bələdçi və tarixçi Fuad Axundovun səsinin müşayiəti ilə tarixi abidələrin şəkillərindən ibarət slayd şou təqdim olunur. Tətbiqdən istifadəni rahatlaşdıran daha bir üstün cəhət burada cari məkandan növbəti abidəyə kimi istiqaməti/marşrutu xəritədə görmə imkanının mövcud olmasıdır.

Azərbaycan, rus və ingilis dillərində çalışan “Sirli Bakı” mobil tətbiqi həm iOS, həm də Android platformaları üçün nəzərdə tutulub. Layihə barədə ətraflı məlumat üçün: http://pasha-insurance.az/sirlibaki/indexaz.html

Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və  digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.

Reklam hüququnda

Paylaş:
737

Son xəbərlər

Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42
Bütün xəbərlər