Keçən il Afrika ölkələrindən 8,6 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il Afrika ölkələrindən 8,6 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edilib

18:39 - 28 / 04 / 2017
Keçən il Afrika ölkələrindən 8,6 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edilib

Azərbaycanda iqtisadiyyatın prioritet sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub.

1news.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin Antalya şəhərində “Türkiyə-Afrika kənd təsərrüfatı nazirlərinin 1-ci iclası və Biznes Forum”unda çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və regionların inkişafı istiqamətində əhəmiyyətli nailiyyətlər əldə olunub. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixrac yönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub.

Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə səbəb olub.

Nazir H.Əsədov Azərbaycanın bir sıra Afrika ölkələri ilə sıx diplomatik əlaqələrinin mövcud olduğunu və Afrika İttifaqına daxil olan 26 ölkə ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini qeyd edərək kənd təsərrüfatının inkişaf etdirilməsində, ərzaq təhlükəsizliyinin tam təmin olunmasında beynəlxalq müstəvidə ikitərəfli və çoxtərəfli əməkdaşlığın yüksək səviyyədə qurulmasını əsas şərtlərdən biri kimi qiymətləndirib.

Nazir H.Əsədov diqqətə çatdırıb ki, 2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 milyon dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib, 251 min dollar həcmində isə bu ölkələrə  məhsul ixrac edib. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Kenya, Qana, Madaqasqar və digər Afrika ölkələr yer alır.

1news.az

Paylaş:
894

Son xəbərlər

Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21
Bütün xəbərlər