Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb - FOTO

19:24 - 25 / 04 / 2017
Azərbaycanın tərəfdaş olduğu “Svyaz-2017” sərgisi öz işinə başlayıb - FOTO

Azərbaycan Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Svyaz-2017” (Rabitə-2017) 29-cu Beynəlxalq İnformasiya-Kommunikasiya Texnologiyaları Sərgisində təmsil olunur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən 1news.az-a verilən məlumata görə, sərgidə tərəfdaş ölkə statusunda ilk dəfə Azərbaycan çıxış edir.

Nazirliyin təşkil etdiyi milli pavilyonda Azərbaycanın telekommunikasiya, elektron hökumət, elektron həllər, poçt və  mobil rabitə sahəsində qazandığı nailiyyətlər nümayiş olunur.

Sərgidə nazir müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl qurumlardan 20-yə yaxın təmsilçi daxildir. Bu gün sərginin açılış mərasimi olub və tədbirdə digər rəsmilərlə yanaşı, Azərbaycan nümayəndəsi də çıxış edib.

1975-ci ildən keçirilən sərgi MDB və Şərqi Avropada informasiya texnologiyaları və telekommunikasiya sahəsində ən böyük həll və məhsulların təqdim edildiyi platforma hesab edilir.

Aprelin 28-də başa çatacaq sərgidə dünyanın 21 ölkəsindən 322-dən çox aparıcı şirkət iştirak edir.

Sərgidə stasionar, mobil, peyk və optik-lif rabitəsi, məlumatötürmə şəbəkələri üçün həllər, telekommunikasiya, server və şəbəkə avadanlığı, kabel, peyk televiziya və radio yayımı sistemləri, xüsusiləşmiş proqram təminatı, informasiya təhlükəsizliyi, virtuallaşdırma, internet texnologiyaları, elektron ticarət sahəsində həllər və xidmətlər təqdim olunur.

Bundan başqa, “Svyaz-2017” aktual məsələlərin müzakirəsi, sahə üzrə peşəkarların, tədarükçü və alıcıların ünsiyyəti üçün əlverişli müzakirə meydançasıdır. Sərgi zamanı telekommunikasiya və İT sənayesinin aktual məsələlərinə həsr olunmuş konfrans, “dəyirmi masa” və təqdimatların keçirilməsi nəzərdə tutulur.

1news.az

Paylaş:
511

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər